Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Heyif: Kəramət maraqlı şair, abırlı insan idi RƏYLƏR

Heyif: Kəramət maraqlı şair, abırlı insan idi RƏYLƏR

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

"Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq".


Deyəsən, şairlər ən sadiq dostlardır... Bir-birilərinin ardınca düşüb eyni istiqamətə gedirlər: ədəbiyyətə. Mövlud, Kamran Su, Məlik Cahan, Həsən Kür... indi də Kəramət Şükürov. Yaşları müxtəlif ola bilər. istiqamətləri, yolları eynidir. Yazırlar, yaradırlar, bir gün də səssizcə çıxıb gedirlər. Onlar haqqında nekroloq tərtib olunmur. Çələng də göndərilmir. 

Birinci, ikinci fəxri xiyabanların həndəvərinə də dolaşmadan aparılır cənazələri. Amma xatirələrdə qalırlar. Gənc, yanğılı, alovlu şairlər kimi. Poeziya sevərlərin, həm də yaxşı insanlara layiq olduqları mənəvi qiyməti verə bilənlərin uzun illərdir tanıdığı şair Kəramət də vəfat etdi. Onun vəfatı barədə bəzi saytlarda uyğunsuz, qeyri-etik başlıq isə müzakirə predmetinə çevrildi.    

Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid üzünü qeyri-etik davranan bu media orqanlarına tutub və feysbuk hesabında belə yazıb:  


“Şair öldü"

Bunu xəbərə çevirmək, şairin bir neçə şeirini yaymaq, yaradıcılığı barədə məlumat vermək təəssüf ki, media subyektləri üçün cəlbedici deyil. Amma şair küçədə, yolda getdiyi yerdə ürəktutmasından, ya hansısa xəstəlikdən qəfil vəfat edirsə, o dəqiqə “cazibədar” başlıq hazırdır: 

“Şair küçədə öldü!”

Nəticədə etik dəyərlər, mərhumun ailəsinin düşəcəyi vəziyyət, keçirəcəyi stress arxa plana adlayır. Yaxşı yadımdadır ki, Mətbuat Şurasına müraciət edən bir xanım övladının avtoqəza nəticəsində həyatını itirməsinin "Yanaraq öldü" sərlövhəsi ilə təqdimatına etiraz etmişdi. Dediyi fikir sarsıdıcı idi: "O başlıqları oxuyanda elə bilirəm balam hər gün təzədən ölür". ...Əlbəttə, belə hallar təkcə bizdə deyil, dünyanın əksər yerlərində təxminən oxşar durum müşahidə olunur. Yəni media cəlbedici, həyəcanlandırıcı xəbərlər axtarışındadır. Peşə maraqları, reytinq yarışı öz yerində, ancaq insani yanaşma, həssaslıq da qeybə çəkilməməlidir. İnsani duyğuları arxa plana keçirmək qəddarlığa zəmin yaradır. Nə isə, çalışaq həssaslıq və mərhəmət duyğularımız azalmasın! Şairə Allahdan rəhmət, mediamıza həssaslıq diləyirəm.

Rəşad Məcidin statusuna rəy bildirənlər arasında onlayn medianın, saytların İR ardınca qaçmasını tənqid edənlər çoxdur.   

Jurnalist, ssenarist Rəhilə Soltanqızı: 

- Həssas jurnalist çox azdır indi. Onları heç tanıyan da yoxdur. Şou yaradan jurnalistlər indi daha çox gündəmdə. Çünki onlar reytinq ağacına çıxır və min budaq silkələyir. Ağacın altında kim var, nə var — bəziləri üçün bunun heç bir əhəmiyyəti yoxdur. Məncə, belə jurnalistlərə Mətbuat Şurasında ustad dərsləri, yəni indiki dillə desək, treninqlər keçmək lazımdır. Ümumiyyətlə, həyat bumeranq... Bu gün kiminsə hisslərinə toxundunsa, sabah eyni ssenari ilə yazılan hekayənin baş rolunda özün olursan. Həyatımızın bu çətin, dolaşıq yollarında gəlin, dirimizə də, ölümüzə də həssas yanaşaq. Adam kimi... Allah şairə də rəhmət eləsin.

Gültən Qədirli: 

- Məlum məsələdir ki, əksəri İP xətrinə...ona görə saytlar nə qədər az olsa o qədər yaxşıdır...saytlar çoxdur deyə oxunmaq xətrinə belə cəlbedici başlıqlar qoyurlar ki, sayta giriş olsun. 

Əvəz Qurbanlı: - Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil. Ənənəvi mətbuatın onlayn mediaya, onlayn medianın da sosial şəbəkələrə inteqrasiyasından sonra xəbərin hazırlanmasında və yayılmasında etik prinsiplər demək olar ki, sıradan çıxıb. Ən pisi də odur ki, informasiyalar idarəolunmaz hala gəlib.

Yazar Günel Natiq də şair Kəramətlə bağlı ürək sözlərini bildirib: 

- Həyatda görməmişdim, amma elə bil min il idi tanıyırdım. İki-üç il qabaq kitab sərgisində olanda zəng eləmişdi: “Ay Günel, başa düşürəm səni, amma kitab satma”. Dedim ki, müəllifin öz kitabını satmasında qəbahət yoxdur. Hərçənd, əvvəllər mən də bunu qəbul etmirdim… Dedi: “Kitablarını göndər, mən alaram”. Dedim: “Kəramət müəllim, kitab göndərmirəm, sərgiyə gəlin, ordan alın”. O mənə qıymadı, mən də ona. Nə mən kitab satdım, nə də o gələ bildi. Sonra bir-iki dəfə də zəng eləmişdi, yenə kitabla bağlıydı, amma nə kitab göndərə bildik, nə də Kəramət müəllim gələ bildi. Bilirdim, narahat olur. İstəyir ki, kitab yazan adamın həyatında hər şey qaydasında olsun, elə ki, kitab satmaq məcburiyyətində qalmasın. Həyatda üz-üzə gəlməsək də, çox doğma adam bilirdim onu. Elə bil ki, min ildi tanıyırdım…”

Şair Aqşin Yenisey də həmkarının vəfatından kədərləndiyini ifadə edib: 

- Ruhu şad olsun! Təəssüf ki, şəxsi tanışlığımız yox idi. Bir-iki dəfə təsadüfən görüşmüşdük. Amma şeirlərini, son üç poemasını oxumuşdum. Maraqlı şair, abırlı insan idi. Heyif!

Yazıçı Firuz Mustafa: 

- "Şair Kəramətin (Şükürov) küçədə meyiti tapılıb". Bir-iki saytda gözümə belə bir ifadə sataşdı. Bu, yumşaq desək, çox qeyri-etik bir "təqdimatdır". Bəli, adam getdiyi yerdə, yolda, evinin yaxınlığında, maşında, dükanda, bazarda... həyatını qeyb edə, rəhmətə gedə, canını tapşıra bilər. Yazılanlardan elə çıxmasın ki, Kəramət təsadüfi adamdır, "küçədə" ölüb. Xeyr, Kəramətin yaxşı ailəsi, övladları olub. Düzdür, mən onları şəxsən tanımıram. Amma Kəramət özü Türkiyədə yaşayan qızının Markesdən tərcümə etdiyi kitabı mənə vermişdi. Mükəmməl tərcümə idi. Kəramət bir müddət öz hesabına maraqlı bir qəzet də nəşr etdirib. Dilimiz zəngindir. Həm olan, həm də ölən adam haqqında layiqli sözlər işlətməyimiz lazımdır. Allah istedadlı şair Kəramətə rəhmət eləsin, ruhu şad olsun.

Kəramət Böyükçöl: 

- Kəramət atamın tələbə yoldaşı və yaxın dostu idi. Gözəl bir şair idi. Elə misraları vardı, həmişə hər yerdə deyirdim. "Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq". "Hadinin dörd əli vardı. İkisi ilə kitab satırdı. İkisi ilə üzünü tutmuşdu".  Kəramət tələbə vaxtı bizim kəndə qonaq gəlibmiş. Nənəmin onun adından xoşu gəlib. Atama deyibmiş ki, oğlun olsa, adını Kəramət qoyarsan. Sonra mən doğulmuşam. Adımı Kəramət qoyublar. Aldığım xəbər məni çox sarsıtdı. Adım öldü. Ruhu şad olsun”.

Qeyd edək ki, şair Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.

Bu isə onun yazdığı şeirlərdən biridir: 

“Göy üzünə yazacam şeirlərimi.

Onsuz da bu basabasda məni görməzsən, bu tünlükdə

uçacam və durnalarla birgə.

Göy üzünə yazacam şeirlərimi.

yerdən bezəndə,

ömründə bir dəfə

başını qaldırıb göyə baxanda

görərsən məni.

Göy üzündə olan birini -

yağışmı, buludmu, günəşmi

adını sən qoyarsan,

amma ad gününə çağıranda

unutma,

ya da unut

sadəcə, göy üzünə bax, gülümsə”.

Allah rəhmət eləsin! 


Məlahət Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:283
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri