Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Heyif, onun zəhmətindən…

Heyif, onun zəhmətindən…

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mirzə Ağabəyli- 75

Bu dəfə sizə bakılılara məxsus şirin ləhcəylə danışan, buzovnalı balası, əməkdar artist Mirzə Ağabəylidən söhbət açmaq istəyirəm. Yəqin ki, aranızda- “Həri qədeş, de gəlsün”- söyləyənlər də tapılacaq. Amma, gəlin öncə onun ömür yoluna nəzər yetirək. O, 1950-ci ildə əncir yığılan ayda Bakının Buzovna qəsəbəsində dünyaya gəlib. 1971-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən qayıdandan sonra beş il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki, "Tədris" teatrında aktyorluq edib. 1982-ci ildə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunub və 1994-cü ilədək burada aktyor kimi çalışıb. Sonra bir müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsini icra edib. 2008-ci ildə yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatırına dəvət olunub. 2009-cu ildə Azərbaycan kinosunun yaranmasının 111 illiyi ilə əlaqədar Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb...

Müsahibələrinin birində deyir ki:- “Mənim üçün fəxri ad əsas deyil. Qətiyyən. Amma bəzən baxırsan ki, haqsızlıqlar olur. Kiminsə irili-xırdalı, dəxilli-dəxilsiz çəkildiyi bütün filmlərin siyahısını dərc edirlər, aparıb verirlər lazımi yerlərə və ad alırlar. Siyahıya baxanda adamın gözü qaralır. Baxan da deyir ki, bu adam elə gecə-gündüz səhnədə olub, rol oynayıb. Nə bilim, əşi? Adam, həqiqətən, bəzən çox əsəbiləşir. Mən 2008-ci ildə əməkdar artist adı almışam. Bəli, artıq düşünürəm ki, növbəti ad məsələm gecikir, çünki 75 yaşım var. Məsələ ondadır ki, adlarla bağlı problem həmişə olub. Tək indi deyil. Rəhmətlik Fazil Salayev, Ceyhun Mirzəyev məgər pis aktyorlar idi? Görürsən, adsız gediblər. Biz indi ad üçün çalışırıq. Çünki adın yanında bir az maddi mükafat da olur. Yaşamaq lazımdır, dolanmaq lazımdır, bu reallıqdır. Evdə uşaq var, ailə var axı...”

Onu hərə bir cür xatırlayır. Kimisi “Yük” filmindəki Ağa Musa Nağıyev obrazına, kimisi də “Qəzəlxan” filmindəki Ağahüseyn roluna görə. Kimisi də çəkildiyi bəzi reklam çarxlarından. Nə isə, bir az da onun şəxsi keyfiyyətlərindən söz açım. Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömrü boyu həyatdan zövq alan macəraçı insandır. Ehtiraslı bir enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Əsl kişilərə xas olan əməlləri çoxdur. Üsyankar, cəsur və qətiyyətlidir. Həmişə aktivdir və həmişə nəsə yeni bir şey düşünür. O, qəribə cazibəsi ilə ətrafındakı insanlara təsir edə və cəmiyyətdə söz sahibi ola bilir. Məğrurdur və xarici görünüşünə çox diqqət yetirir...

“Hazırda aktiv tamaşam yoxdur. Əvvəl “Vəsiyyət” var idi. Onu o zaman Azər Paşa Nemətov səhnədən götürdü – baxmayaraq ki, çox uğurlu idi. Hüseynbala Mirələmovun pyesi idi. Azər Paşa Nemətovla aralarında nəsə oldu, ya olmadı, dəqiq bilmirəm, amma o tamaşa birdən-birə yığışdırıldı. Bilirsən, mən açıq danışmağı xoşlayan adamam. Azər Paşa Nemətov bir az özünü tərifləməyi sevən adam idi. Ona görə başqa rejissorlara imkan vermirdi, daha çox özünü qabağa çıxarırdı. “Vəsiyyət”in rejissoru onun tələbəsi idi, ona görə də müəyyən qısqanclıq məsələsi yaranmışdı. Sonra “Qarabağnamə” tamaşasında da rolum var idi. Onun da quruluşçu rejissoru Mərahim Fərzəlibəyov idi. İndi o da səhnəyə qoyulmur. Yəni, dediyim kimi, hazırda aktiv rolum yoxdur.”- söyləyir.

Bəzən duyğularını idarə edə bilmir. Nə qədər səmimi olsa da, onu səf başa düşənlər də olur. Bir anda gülə və mülayim davrana, eyni zamanda əsəbi və sərt ola bilir. Məğzində riyakarlıq olan asan yoldan çox, çətin yolu seçməyə üstünlük verir. Dostlarını seçərkən irqi və ya dini təbəqəyə görə ayrı-seçkilik etmir. Hər kəsə qabiliyyətinə, əməllərinə görə dəyər verir. Açıq danışmağı xoşlayır, lakin emosiyalarını göstərməkdən çəkinir. Kiminsə ona yazığı gəlməsinə nifrət edir...

Deyir ki:- “Yenə təkrar edirəm, Ceyhun Mirzəyev bircə rolu ilə onlarla boş, mənasız filmə görə ad alanlardan üstün olduğunu sübut etdi. O vaxtın rejissorlarının çoxu, adam heç onlara rəhmət də diləmək istəmir, boyu balaca olduğuna görə ona rol vermirdilər, haqsızlıq elədilər. Azərbaycanda elə aktyorlar olub ki, televizorda teatr haqqında nə gəldi, necə gəldi, danışırdı, tənqid edirdi, aləmi qatırdı bir-birinə. Nəticədə, qorxudan ona tezbazar götürüb ad verirdilər. Təki kirisin, səsi kəsilsin. O vaxt da belə idi, indi də, gərək üzün olsun, gərək üzə salasan. Mən hazırda nə mükafat alıram, nə də ki rolum var. Belə çətindir. Çox çətindir. O vaxt Azər Paşa Nemətova dedim ki, mənim adımı niyə təqaüd alanlar siyahısına salmırsınız? Mənə baxdı, baxdı, sonra siqaretini yandırıb getdi, heç nə demədi. Bu təqaüd teatrda can qoyan adamlar üçün deyilmi? Amma bəzən görürsən ki, adların, təqaüdlərın ünvanı səhv düşür...”

O, heç vaxt fikirlərini bölüşməkdən qorxmur və son dərəcə cəsarətlidir. O, mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir. Və adətən nə edəcəyini əvvəlcədən planlaşdırır. Rəngarəng və maraqlı şəxsiyyəti ilə qəlblərə yol tapmağı bacardığı üçün insanların sevimlisi olmağı bacarır. Səliqəli geyinməyi, saçlarına qulluq etməyi, şux görünməyi xoşlayır. Fəqət o, daxili gözəlliyi bütün gözəlliklərdən üstün tutur. Lazımsız yaxınlığı sevmir. Ancaq xətrini çox istədiyi insanlara təsir etmək üçün əlindən gələni əsirgəmir...

“Birdən elə bilərsiniz ki, həyatımdan narazıyam, əsla yox! Min bərəkət, yoxdan ki yaxşıdır. “Əqrəb mövsümü”ndən 250 manat qonorar almışdım. “Tağıyev” filmindəki rola görə də 800 manat almışam. Ara-sıra reklamlardan da pul alıram. Yəni belə, min bərəkət. Deyim ki, hər şey yüksək səviyyədədir, yox, amma olan budur. Nə etmək olar? Yaşımı nəzərə alsaq, 50 illik teatr-kino fəaliyyətimi nəzərə alsaq... əşi nəysə... day bəsdir, danışmasam yaxşıdır.”- söyləyir.

Bəli, indiyədək otuzdan çox filmdə irili-xırdalı rol alan əməkdar artistin xidmətlərini sadaladıqca, özü də çəkildiyi “Evləri köndələn yar” teletamaşasındakı məzəli mahnı yadıma düşdü:

“Şap elə bilir Şupdadır,
Şup elə bilir Şapdadır.
Nə Şapdadır, nə Şupda,
Qalıb şappaşurupda...”

...Xülasə, heyif onun zəhmətindən. Avqustun 29-u haqqında söhbət açdığım əməkdar artist- Mirzə Ağabəylinin 75 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri