Rusiya ilə danışıqlar gedir: Ukrayna 6 min sakini təxliyə edir
Icma.az bildirir, Axar.az portalına istinadən.
Rusiya blokadasında qalan və Xerson vilayətinin Aleşki şəhəri və ətraf yaşayış məntəqələrində olan təxminən 6 min ukraynalı mülki şəxs Ukraynanın nəzarətindəki ərazilərə təxliyə ediləcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets “Ukrinform”a bildirib.
Onun sözlərinə görə, 200 uşağın da daxil olduğu təxminən 6 min mülki şəxsin təxliyəsi ilə bağlı danışıqlar hələ mayın 15-də aparılıb. İndi yalnız cəbhənin həmin hissəsində atəşkəs rejiminin elan olunması qalır.
“Bu günə olan vəziyyətə görə texniki baxımdan bütün məsələləri müzakirə etmişik. Biz Rusiya tərəfdən atəşin dayandırılması prosesinin başlanacağı və təxliyənin həyata keçiriləcəyi tarixlə bağlı cavab gözləyirik”, – deyə Lubinets qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 May 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















