Heyvan bazarları açılır, ətin qiyməti niyə UCUZLAŞMIR?
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda bir müddət əvvəl heyvan bazarlarının bağlanması ət bazarında ciddi qiymət artımına səbəb olmuşdu.
BAKU.WS-in məlumatına görə, aradan bir neçə ay keçməsinə baxmayaraq, bəzi heyvan bazarları artıq fəaliyyətini bərpa etsə də, ətin qiymətində ucuzlaşma müşahidə olunmur. Bu vəziyyət isə ən çox alıcıların narazılığına səbəb olur.
Bazarlar bağlanmazdan əvvəl mal əti pərakəndə satışda 16-16,50 manat arasında təklif olunurdu. Lakin heyvan bazarlarının fəaliyyətinin dayandırılmasından sonra qiymətlər 17,50 manata qədər yüksəldi. Hazırda da bazarda eyni qiymət qorunub saxlanılır.
Daha baha olan quzu əti isə hazırda 20 manata satılır ki, bu da bir çox ailənin gündəlik alış-verişini çətinləşdirir.
Maraqlıdır ki, yerli ətin baha qalmasına baxmayaraq, bazarda xaricdən idxal olunan ətlər daha ucuz qiymətə təklif olunur. Belə ki, bəzi satış nöqtələrində idxal ətlərinin 12-14 manat aralığında satıldığı müşahidə edilir. Bu isə alıcıları seçim qarşısında qoyur: bahalı yerli ət, yoxsa daha ucuz idxal məhsulu.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur:
"Ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















