Icma.az
close
up
RU
Heyvan növlərinin azalması ekosistem üçün hansı nəticələr yarada bilər? EKOLOQ DANIŞDI

Heyvan növlərinin azalması ekosistem üçün hansı nəticələr yarada bilər? EKOLOQ DANIŞDI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Təbiətdəki bütün canlı və cansız varlıqlar arasındakı əlaqə həyatın davamlılığı üçün çox vacibdir. Bu əlaqələrin harmonik inkişafı həm ekosistemlərin, həm də insan həyatının sağlam şəkildə davam etməsinə imkan verir". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, bu harmoniya ekoloji tarazlıq adlanır: "İnsanın təbiətə müdaxiləsi artdıqca bu tarazlıq pozulur və nəticədə iqlim dəyişikliyindən tutmuş biomüxtəlifliyin itməsinə qədər bir çox problem yaranır.

Ekoloji tarazlığın pozulması zəncirvari reaksiyalar yaradır və qlobal miqyasda problemlərə səbəb olur. İqlim dəyişikliyinin sürətlənməsi, su ehtiyatlarının tükənməsi, quraqlıq, ərzaq təhlükəsizliyi və sağlamlıq problemləri əsas nəticələr arasındadır. Eyni zamanda heyvan növlərinin nəsli kəsilməsi, meşələrin qırılması və torpağın deqradasiyası kimi təsirlər birbaşa həyatı təhdid edir. Qlobal istiləşmə canlı orqanizmlərin həyat dövrlərini pozur, növlərin yox olmasına, məcburi miqrasiyaya, qida zəncirlərində balansın pozulmasına və xəstəliklərin artmasına səbəb olur. Bu proses bitkilərdən heyvanlara və insanlara qədər bütün ekosistemlərə təsir edir, biomüxtəlifliyi təhdid edir, meşə yanğınlarını artırır və kənd təsərrüfatı məhsuldarlığını azaldır.

Son onilliklərdə biomüxtəlifliyin sürətlə azalması qlobal ekoloji problemlərin ən ciddi istiqamətlərindən birinə çevrilmişdir. Xüsusən heyvan növlərinin yox olması təkcə ayrı-ayrı canlıların yox olması deyil, bütövlükdə ekosistemlərin tarazlığının pozulması deməkdir. Yer kürəsində hər bir canlı növünün məhv olma tempi təbii proseslərlə müqayisədə onlarla dəfə sürətlənmişdir və prosesin əsas səbəbi insan fəaliyyətidir.

Heyvan növlərinin itirilməsinin başlıca səbəblərindən biri onların təbii yaşayış mühitlərinin dağıdılmasıdır. Meşələrin qırılması, torpaqların kənd təsərrüfatı və sənaye məqsədləri üçün istifadəsi, şəhərləşmə və yol infrastrukturlarının genişlənməsi heyvanların qidalanma, çoxalma və sığınacaq imkanlarını məhdudlaşdırır. Nəticədə bir çox növlər yeni şəraitə uyğunlaşa bilmir və tədricən yox olur.

Bir çox heyvan növü qanunsuz ovun qurbanına çevrilir. Dəri, buynuz, ət və digər kommersiya məqsədləri ilə aparılan brakonyerlik xüsusilə iri məməlilər üçün dağıdıcı nəticələr yaradır. Qorunan və nəsli təhlükədə olan növlərin ovlanması onların nəsillərinin kəsilməsinə gətirib çıxarır.

Sənaye tullantıları, pestisidlər, kimyəvi gübrələr və plastik çirklənmə heyvanların sağlamlığına birbaşa təsir göstərir. Çirklənmiş su hövzələri və torpaq zəhərlənmələri reproduktiv problemlərə və kütləvi ölümlərə səbəb olur. Xüsusilə su canlıları bu prosesdən daha çox zərər görür.

Silahlı münaqişələr zamanı təbii ərazilərin minalanması, meşələrin yandırılması və su mənbələrinin çirklənməsi vəhşi təbiət üçün ağır nəticələr doğurur. Bu proseslər heyvanların məskunlaşdığı əraziləri yararsız hala salır və onların köç etməsinə və ya məhv olmasına səbəb olur. Ümumiyyətlə, heyvan növlərinin itməsinin əsas səbəbi insanın təbiətə məsuliyyətsiz və nəzarətsiz müdaxiləsidir.

Bu prosesin qarşısı alınmadığı təqdirdə ekosistemlər geri dönməz şəkildə zərər görəcək, nəticədə isə insanın öz həyatı və rifahı da təhlükə altına düşəcək. Biomüxtəlifliyin qorunması yalnız ekoloji deyil, həm də sosial və iqtisadi təhlükəsizlik məsələsidir və bu sahədə dövlətlərin, vətəndaş cəmiyyətinin və hər bir fərdin üzərinə mühüm məsuliyyət düşür. Gələcəyə yaxşı baxmaq üçün dünyanı və canlıları daha çox qorumalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Dekabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri