Icma.az
close
up
RU
Neft tullantıları canlılar üçün yüksək təhlükəlidir EKOLOQ DANIŞDI

Neft tullantıları canlılar üçün yüksək təhlükəlidir EKOLOQ DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Balıqların və digər su canlılarının zəhərlənməsi əsasən neft tullantılarından qaynaqlanır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, neftin tərkibində olan aromatik karbohidrogenlər, benzol, toluol, xilol və digər toksik maddələr canlıların sağlamlığı üçün son dərəcə təhlükəlidir: "Xüsusilə balıq kürüləri və digər həssas canlılar bu zəhərli maddələrə qarşı daha duyğusaldırlar. Bu toksinlər orqanizmlərə daxil olduqda onların inkişaf prosesləri tamamilə dayanır və ölüm halları sürətlə artır.

Dənizin dibində yaşayan molyusklar, xərçəngkimilər və digər kiçik orqanizmlər neft hissəciklərini udduqda, toksinlər qida zəncirinə daxil olur. Bu vəziyyət canlıların həyatını ciddi şəkildə təhlükə altına alır. Neftin ağır fraksiyaları suyun dibinə çökməklə, benzol və metan kimi maddələr canlı orqanizmlərin bədənində yığılır və nəticədə qida zəncirində biokimyəvi dəyişikliklər baş verir. Bu zəhərli maddələr zəncir boyunca yuxarı pillələrə – balıqlara, balıqlar vasitəsilə quşlara və ən sonda insanlara qədər yayılır. Bu proses ekosistemdə uzunmüddətli zərərli təsirlər yaradır.

Xəzər dənizində bu biokimyəvi çirklənmə ticarət məqsədli balıq ehtiyatlarının, xüsusən də nərəkimilərin sayının azalmasına səbəb olur. Eyni zamanda, neft sızmaları quşlar və sahil ekosistemlərinə də böyük ziyan vurur. Neft quşların lələklərinə yapışaraq onların istilik qoruma qabiliyyətini azaldır, bəzən isə tamamilə itirir. Bu səbəbdən quşlar hipotermiyadan və ya boğulmaqdan əziyyət çəkir və həyatdan köçürlər.

Sahil zonasında bitki örtüyü də zəhərlənmədən təsirlənir, bataklıq və qamışlıqlar kimi biotoplar zərər görür. Bu ekosistemin bərpası çox çətin və uzun müddət tələb edən prosesdir. Xəzər dənizinin qapalı su hövzəsi olması, su mübadiləsinin məhdud olması səbəbindən çirkləndirici maddələr burada uzun müddət qalaraq ziyanı daha da artırır. Dünyanın açıq okeanları ilə müqayisədə Xəzər dənizində belə çirklənmənin fəsadları daha ağır olur.

Qazaxıstan sektorunda belə hallar müşahidə edilir. 2024-cü ildə Qazaxıstan sektorunda təxminən 9 kvadrat kilometr ərazidə neft sızması nəticəsində yaranan “qara ləkə” müşahidə olunmuşdu. 2025-ci ildə isə Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan sektorlarında birgə fəaliyyət nəticəsində yaranan neft sızmalarından əmələ gələn leykələrin ümumi ərazisi 64 kvadrat kilometrə çatmışdır. Bu rəqəmlər Xəzər dənizinin ekoloji vəziyyətinin nə qədər həssas olduğunu və davam edən çirklənmənin əhatə dairəsinin genişləndiyini göstərir. Bu problem regional əhəmiyyət kəsb edir və dərhal diqqət və tədbirlər tələb edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri