Icma.az
close
up
RU
Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır

Heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparılır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaçmaz, 22 oktyabr, AZƏRTAC

İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksion xəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktiki tədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışı məntəqələrində, əsasən də mal bazarlarında mexaniki təmizləmə və dezinfeksiya tədbirlərinə başlanılıb. Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonunda yerləşən heyvan satışı bazarında keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra Aqrar Xidmətlər Agentliyinin əməkdaşları xüsusi texnikalar vasitəsilə ərazini dərmanlayıblar. Profilaktik dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarında törədici patogen mikroorqanizmləri məhv etməklə onların törədə biləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəhbəri Rahib Abdullayev bildirib ki, respublikanın bütün heyvan satışı bazarlarında dezinfeksiya işləri mütəmadi aparılır: “Hazırda analoji prosesi Xaçmazdakı heyvan satışı bazarında həyata keçiririk. Məqsəd bazara daxil olan heyvan və insanların dezinfensiya baryelərindən keçməsini təmin etməkdir. Hazırda bazarda dezobaryerlər qurulub. Bu dezobaryerlər gündəlik olaraq dezinfeksiyaedici maddələrlə, dərmanlarla təmin edilir. Bazara gətirilən heyvanlar baytarlarımız tərəfindən gündəlik müayinədən keçirilir, xəstəlik şübhəsi olan heyvanlar bazardan kənarlaşdırılır”.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planı çərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarınını əhatə edəcək və qısa zamanda yekunlaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri