Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi malların Azərbaycana idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 sentyabr, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliyanın Santarem dairəsində, İspaniyanın Andalusiya muxtar icmasında, Norveçin Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















