Heyvandan insana keçən xəstəlik 162 nəfərin həyatına son qoydu
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nigeriyada heyvanlardan insanlara keçən virus olan Lassa qızdırmasından ölənlərin sayı 162-yə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilir ki, paytaxt Abuca da daxil olmaqla, digər 21 ştatda hallar artmaqda davam edir. Qeyd olunub ki, avqustun 25-dən 31-dək 10 yeni yoluxma halı qeydə alınıb, bununla da yanvarın 1-dən avqustun 31-dək yoluxma hallarının ümumi sayı 871-ə çatıb.
Səlahiyyətlilər, eyni dövrdə Lassa qızdırmasından ölənlərin sayının 162-yə yüksəldiyini açıqlayıb. Bəyanatda vurğulanır ki, şübhəli və təsdiqlənmiş halların ümumi sayı keçən ilin eyni dövrü ilə müqayisədə az olsa da, davamlı risklər qalmaqdadır.
Xatırladaq ki, ötən il ölkədə 190 nəfər Lassa qızdırmasından həyatını itirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 18 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















