Icma.az
close
up
RU
Heyvanlarını qeydiyyata salmayanları nə gözləyir? AQTA dan VACİB AÇIQLAMA

Heyvanlarını qeydiyyata salmayanları nə gözləyir? AQTA dan VACİB AÇIQLAMA

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər arasında heyvanların identifikasiyası sistemi ilə bağlı suallar üstünlük təşkil edir. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri bu sistemin tətbiqinin məqsədi və onun fermerlər, eləcə də istehlakçılar üçün yaratdığı üstünlüklərdir.

"Yeni Sabah" xəbər verir ki, heyvanların identifikasiyası hər bir heyvana unikal identifikasiya nömrəsinin verilməsi və həmin heyvan barədə məlumatların vahid informasiya sistemində qeydiyyata alınmasını nəzərdə tutur. Bu məlumatlara heyvanın sahibi, saxlanıldığı təsərrüfat, aparılmış peyvənd və müalicə tədbirləri, həmçinin digər baytarlıq məlumatları daxildir.

Identifikasiya sistemi yoluxucu heyvan xəstəliklərinin erkən aşkarlanmasına, onların yayılmasının qarşısının alınmasına, epizootik vəziyyətə operativ nəzarətin təmin edilməsinə və baytarlıq tədbirlərinin daha səmərəli planlaşdırılaraq həyata keçirilməsinə imkan yaradır. pizza mizza

Sistem fermerlər üçün də mühüm üstünlüklər yaradır. Belə ki, identifikasiya olunmuş heyvanın itməsi və ya oğurlanması hallarında identifikasiya nişanı heyvanın sahibinin müəyyən edilməsini asanlaşdırır və zərurət yarandıqda hüquqi sübut kimi istifadə oluna bilir. Bununla yanaşı, heyvanların qeydiyyatının aparılması təsərrüfatlarda uçotun dəqiq təşkilinə, heyvanların hərəkətinin izlənilməsinə və baytarlıq xidmətlərinin daha səmərəli göstərilməsinə şərait yaradır.

Heyvanların identifikasiyası istehlakçılar üçün də mühüm əhəmiyyət daşıyır. Bu sistem vasitəsilə heyvan mənşəli qida məhsullarının istehsal zəncirinin "Fermadan süfrəyədək" izlənilməsi mümkün olur. Nəticədə məhsulun mənşəyini müəyyən etmək, qida təhlükəsizliyini təmin etmək və zərurət yarandıqda risk daşıyan məhsulları operativ şəkildə dövriyyədən çıxarmaq mümkün olur. Bu isə istehlakçıların sağlamlığının qorunmasına və qida məhsullarına olan etimadın artırılmasına xidmət edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Avqust 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri