Icma.az
close
up
RU
Həzi Aslanov: Son illər Azərbaycanda insan alveri qurbanı olan 350 dən çox şəxs sığınacaqlara yerləşdirilib

Həzi Aslanov: Son illər Azərbaycanda insan alveri qurbanı olan 350 dən çox şəxs sığınacaqlara yerləşdirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, AZƏRTAC

Hazırda sığınacaqlarda yerləşdirilmiş insan alveri qurbanlarından ikisi - Ukrayna vətəndaşı olan qadınlar hüquqi sənədlərdən, xüsusilə də doğum haqqında şəhadətnamədən məhrumdur. Bu qadınların rəsmi sənədlərinin əldə edilməsi qeyri-mümkün olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı səsləndirib.

O, sığınacaqlarda yerləşdirilmiş bəzi şəxslərlə bağlı ciddi problemlərə diqqət çəkib: “Həmin qadınlar məcburi əmək qurbanlarıdır. Onlar sığınacağa yerləşdirilib, lakin sənədləşdirmə ilə bağlı ciddi çətinliklər var. Bu, həm onların hüquqi statusunun müəyyənləşdirilməsində, həm də gələcək sosial inteqrasiyasında maneələr yaradır”.

H.Aslanov əlavə edib ki, ümumilikdə son illər ərzində Azərbaycanda insan alveri ilə mübarizə çərçivəsində sığınacaqlara 350-dən artıq qurban yerləşdirilib. Onlardan bəziləri sığınacaqlarda 3-4 ilədək müddətdə yaşayıb. Bu, onların sosial müdafiəyə olan ehtiyaclarının və dövlət strukturlarının bu istiqamətdəki yükünün artdığını göstərir.

Digər bir problem kimi sığınacaqların maliyyə resurslarının azalması məsələsi qeyd olunub. Məlumata görə, bəzi sığınacaqlar hazırda maliyyə çatışmazlığı səbəbilə fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalıb ki, bu da insan alveri qurbanlarına göstərilən yardım və reabilitasiya xidmətlərinin davamlılığını təhlükə altına alır. Belə halların qarşısını almaq üçün müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Beynəlxalq əməkdaşlıq gücləndirilməli, xüsusən də münaqişə bölgələrindən olan sənədsiz şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində mexanizmlər işlənib hazırlanmalıdır. Sığınacaqların maliyyə təminatı artırılmalı, donor təşkilatlarla və beynəlxalq qurumlarla əməkdaşlıq genişləndirilməlidir. Sənədsiz şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün hüquqi mexanizmlər sadələşdirilməli və onların inteqrasiyasına yönəlmiş sosial proqramlar gücləndirilməlidir. Bu cür hallar insan alveri ilə mübarizədə təkcə hüquqi deyil, həm də sosial və humanitar yanaşmaların vacibliyini bir daha gündəmə gətirir. Azərbaycanın bu istiqamətdəki səyləri beynəlxalq insan hüquqları təşkilatları tərəfindən də diqqətlə izlənir və dəstəklənir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri