Icma.az
close
up
RU
“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanın 2020-ci ildə özünün ərazi bütövlüyünü təmin etmək və otuz illik erməni işğalına son qoymaq məqsədilə hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalması, müasir dünyamızda ədalət prinsiplərinin demək olar ki, gözlənilmədiyini, beynəlxalq hüququn işləmədiyini bir daha təsdiq etdi.”

Bunu mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev son beş ildə etdiyi bütün çıxışlarında, verdiyi müsahibələrində hər zaman vurğulamışdır ki, məhz qlobal siyasətdə tətbiq olunan ikili standartlar, beynəlxalq münasibətlərdə güc amilinin getdikcə daha çox ön plana çıxarılması Azərbaycanın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə başlamasına səbəb olmuşdular. Marqarita pizza

Millət vəkili keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən birinin məhz beynəlxalq riyakarlıq olduğunu xüsusi qeyd edib: “Məlum olduğu kimi, ATƏT sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb. Bu barədə təşkilatın Nazirlər Şurasının iclasında qərar qəbul olunub. Qeyd edək ki, bu qərar cənab Prezident İlham Əliyevin bir ay bundan öncə Vaşinqtona etdiyi işgüzar səfərinin daha bir tarixi əhəmiyyət kəsb edən nəticəsi kimi ortaya çıxdı. Belə ki, Azərbaycan və ABŞ Prezidentləri və Ermənistanın baş naziri tərəfindən Ağ Evdə imzalanmış Birgə Bəyannamədə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu təşkilatın sədrinin ünvanına birgə müraciət göndərilməsi barədə müddəa yer almışdır. Keçmiş münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə hələ 1992-ci ildə təsis olunmuş bu qurum 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Bu, beynəlxalq riyakarlığın və ikili standartlar siyasətinin açıq-aşkar təzahürləri idi. Məhz bu amillər nəticə etibarı ilə torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğunu şərtləndirmişdir. Buna görə də cənab Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində etdiyi çıxışlarında hər zaman deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq və tarix bu dəfə də möhtərəm dövlət başçımızın haqlı olduğunu nümayiş etdirdi.”

Kamaləddin Qafarov ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işinə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını diqqətə çatdırıb: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş dəhşətli söyqırımı hadisələrinə ilk dəfə olaraq müvafiq siyasi qiymət verildi və 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Ulu Öndər tərəfindən imzalanmış bu Fərman 1918-ci il hadisələri ilə bağlı aparılan tədqiqatlara yeni güclü təkan verdi. Məhz bundan sonra aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Bu gün- 27sentyabr Azərbaycanda Anım Günüdür. Ölkəmizin bütün guşələrində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, doğma Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Azərbaycan dövləti və Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri