Icma.az
close
up
RU
“Həzi Aslanov”da təmir nə vaxt başa çatacaq? Rəsmi

“Həzi Aslanov”da təmir nə vaxt başa çatacaq? Rəsmi

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gündən etibarən Bakı Metropolitenində qatarların hərəkətində dəyişiklik olacaq. “Həzi Aslanov” stansiyasında aparılacaq təmir işləri səbəbi ilə sərnişinlər yalnız “Əhmədli” stansiyasına qədər hərəkət edə biləcəklər.

News24.az modern.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Bakı Metropliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.

Onun sözlərinə görə, “Dərnəgül” və “İçərişəhər” istiqamətindən sərnişinlərin öyrəşdiyi “Həzi Aslanov” sözləri yığışdırılacaq.

“Marşrut tablolarında sərnişinlər artıq “Əhmədli” sözü görünəcək. Qatarların hər biri “Əhmədli” stansiyasına qədər hərəkət edəcək. Lakin “Həzi Aslanov” stansiyası faəliyyətdə olacaq. Qatarlar “Cəfər Cabbarlı” – “Xətai” stansiyaları arasında olduğu kimi məkik hərəkət edəcək. Yəni “Həzi Aslanov” – “Əhmədli” arasında qatarlar 10 ərzində dövrə vuracaq. Sərnişinlərimiz bu minvalla ənənəvi qaydada “Həzi Aslanov”dan qatara mindikdən sonra birbaşa şəhər istiqamətində hərəkət edə bilməyəcəklər. Stansiyasının və dalan hissəsinin təmir işləri uzunmüddətli olacaq. Hazırda başlanacaq işlər dalan hissəsində olacaq. Faktiki olaraq dalan sökülərək yenidən inşa olunacaq. Bu səbəbdən 1 il yarım 2 il ərzində təkcə dalan hissədə işlər davam edəcək. Lakin bu müddət ərzində qeyd etdiyim minvalla sərnişinlərin daşınması təmin olunacaq”, – o, İTV-yə bildirib.

Qeyd edək ki, “Həzi Aslanov”da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43,51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan axşam saat 12-yə dək sərnişinlərə xidmət göstərəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see207

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see171

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see171

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see169

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see168

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see167

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see165

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see164

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see163

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see156

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see154

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see153

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see152

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see151

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see151

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see149

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see145

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see141

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri