Icma.az
close
up
RU
Həzmi yaxşılaşdıran və bağırsaqları sakitləşdirən 6 çay

Həzmi yaxşılaşdıran və bağırsaqları sakitləşdirən 6 çay

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Adi bir fincan çay həzm sisteminin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra və mədə narahatlığını azalda bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health” nəşri yazır.

Məlum olub ki, bütün çaylar bağırsaqlar üçün eyni dərəcədə faydalı deyil. Lakin elmi araşdırmalarla təsdiqlənmiş 6 çay nöü xüsusilə seçilir.

1. Zəncəfil çayı

Ən təsirli variantlardan biri hesab olunur. Tərkibində həzm sistemində iltihabı azaldan güclü antioksidantlar var. Bundan əlavə, mədədə turşu istehsalını məhdudlaşdırır və onun qida borusuna geri qayıtmasının qarşısını alır ki, bu da qastroezofageal reflüks xəstəliyinin profilaktikasına kömək edir.

Bu çay ürəkbulanma, köp, spazm və həzm pozğunluğunu azaltmağa yardım edir. Bu məlumatlar "Food Science & Nutrition” jurnalında dərc olunmuş klinik tədqiqatların sistemli icmalı ilə təsdiqlənib.

2. Nanə çayı

Nanə həzm sistemi əzələlərini rahatladır və bağırsaqlardakı şişkinliyi azaldır. Mövcud məlumatlara görə, o, qıcıqlanmış bağırsaq sindromu zamanı – xüsusilə ağrı, köp və həzm problemlərində tövsiyə olunur.

Kofeinə həssas insanlar üçün nanə çayı səhər qəhvəsinə yaxşı alternativ hesab edilir, çünki mədə turşuluğunu və qıcıqlanmanı artırmır.

3. Kombuça

Canlı probiotiklərlə zəngin fermentləşdirilmiş çay bağırsaq mikrobiomunu dəstəkləyir və qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edir. "Kombuça” həmçinin antioksidantlar, B qrupu vitaminləri və iltihabı azaldan fermentlərlə zəngindir.

Bununla belə, mütəxəssislər əlavə şəkəri minimum olan variantları seçməyi tövsiyə edirlər ki, içkinin faydalı xüsusiyyətləri qorunsun.

4. Sarıkök çayı

Sarıkökün təsiri əsasən güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malik kurkumin maddəsi ilə bağlıdır. "Nutrients” jurnalında dərc olunmuş araşdırmaya görə, kurkumin bağırsaqdakı bakterial mühiti balanslaşdıra bilir.

Digər tədqiqatlar isə onun köp, qaz və bağırsaqların iltihabi xəstəlikləri ilə qıcıqlanmış bağırsaq sindromunun simptomlarını azaltmaqda effektiv olduğunu göstərir.

5. Qara çay

Uzun fermentasiya prosesi sayəsində qara çay bağırsaq mikrobiomuna müsbət təsir edən flavonoidlərin daha yüksək konsentrasiyasına malikdir.

"Journal of Nutritional Science and Vitaminology” jurnalında dərc olunan araşdırma göstərir ki, qara çayın müntəzəm istifadəsi həzm sistemində bakterial balansı yaxşılaşdırır və iltihabı azaldır. Bununla belə, əksər bitki çaylarından fərqli olaraq, qara çayın tərkibində kofein var.

6. Zəncirotu kökü çayı

Tərkibinə görə ən zəngin çaylardan biri hesab olunur: vitaminlər, minerallar, antioksidantlar və faydalı bağırsaq bakteriyalarını qidalandıran inulin prebiyotik lifini ehtiva edir. Bu maddə köp və qaz problemlərini azaltmağa kömək edir. Zəncirotunun antioksidant polifenolları isə həzm sistemi selikli qişasındakı iltihabı azaldır.

Lakin bu çayı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur, çünki bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Ev şəraitində hazırlayarkən isə ehtiyatlı olmaq lazımdır, çünki bitkinin tərkibində pestisid qalıqları ola bilər.

Mütəxəssislər faydalı çaylarla yanaşı hər gün bir neçə sadə qaydaya əməl etməyi də məsləhət görürlər: liflə zəngin meyvə və tərəvəzlər yemək, müntəzəm hərəkət etmək, kifayət qədər su içmək və alkoqol qəbulunu azaltmaq. Bütün bunlar sağlam bağırsaq mikrobiomunu və normal həzmi dəstəkləyir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri