Hibrid avtomobil idxalında böyük geriləmə: Sayda ciddi azalma var
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, hibrid avtomobil idxalında ciddi geriləmə qeydə alınıb. Keçən il ölkəyə 9 min 37 ədəd hibrid avtomobil gətirilmişdi. Bu ilin ilk yarısında rəqəm 3 min 204 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 65 faiz azalma var.
Əvvəlki illərdə xüsusilə Çindən çox sayda hibrid avtomobil idxal edilirdi. Məsələn, keçən ilin ilk iki ayında say 993 olmuşdu. Bu ilin martın əvvəlində isə məlum oldu ki, Çindən cəmi 431 hibrid avtomobil gətirilib. Say getdikcə azalır. Çünki bazarda əvvəlki tələbat hiss olunmur.
Həm investorlardan, həm də alıcılardan ənənəvi təşəbbüs gəlmir. Avtomobil bazarındakı sahibkarlar tez qazanc əldə etməyə alışıb. Maşın bazarındakı adi vasitəçilər də başqa cür işləmək istəmir. Onlar qısa zamanda pulunu götürməyi arzulayır. Amma indiki bazar bunu vəd etmir. Avtomobillər gec satılır. Satışını gözləyən yeni maşın çoxdur.
Alıcıları qiymətlər çəkindirir. Hibrid və “plug-in” hibrid avtomobillərinə güzəştlər böyük imkanlar yaratmışdı. Nə qədər sürücü bu fürsətdən istifadə etdi. Çin maşınlarına böyük marağın arxasında həm də qiymət amili dayanırdı. Necə deyərlər, indi həmin maşınlara 20-30 faiz çox pul vermək istəmirlər.
Aylar üzrə göstəricilərə baxanda hibrid avtomobillərinin perspektivi ilə bağlı çox nikbin olmaq mümkün deyil. İkinci əl avtomobillərin də qiymətlərinin ucuzlaşdığını demək olmur. Bu müəyyən qədər təbiidir. Adətən, yayda qiymətlər aşağı olmur. Ümumiyyətlə, indi bazarda əlverişli mühit yoxdur.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 17 İyul 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















