ABŞ 50 yə yaxın tankerə edilən kiberhücumları araşdırır İran izi varmı?
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İranın neft, mayeləşdirilmiş qaz, kimyəvi məhsullar və digər partlayıcı yüklər daşıyan tankerlərə qarşı həyata keçirilən kiberhücumlarla əlaqəsinin olub-olmadığını araşdırır.
Redaktor.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, məlumatlı mənbələr indiyədək təxminən 50 gəminin hədəfə alındığını bildirirlər.
Məlumata görə, kiberhücumlar dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropa və Asiya sahillərində üzən gəmilərə qarşı yönəlib. İddia olunur ki, hakerlər gəmiçilik şirkətləri tərəfindən istifadə edilən "Fortinet" şəbəkə avadanlıqlarındakı təhlükəsizlik boşluqlarından yararlanıblar.
Mənbələr hücumların müxtəlif formalarda özünü büruzə verdiyini qeyd edirlər:
Bəzi gəmilərə bomba təhdidləri göndərilib, fidyə tələbləri irəli sürülüb və ya Amerika mallarını daşımamaları barədə xəbərdarlıqlar edilib;
Digər hallarda isə gəmi heyəti sistemlərinə müdaxilə olunduğundan ümumiyyətlə şübhələnməyib.
Hazırda müstəntiqlər bu insidentlərin vahid mərkəzdən idarə olunan əlaqələndirilmiş kampaniyanın bir hissəsi olub-olmadığını araşdırırlar. Bununla belə, ABŞ rəsmiləri kiberhücumlara görə məsuliyyətin birbaşa İranın üzərinə düşdüyünü hələlik rəsmən təsdiqləməyiblər.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















