Yeni əsginaslar saxta pullara qarışdırılır VİDEO
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Dövriyyədə olan yeni dizaynlı pul nişanlarının, xüsusilə 100 manatlıq əskinasların saxta olması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Modern.az xəbər verir ki, Mərkəzi Bankın mütəxəssisi Qəhrəman Paşayev “Xəzər Xəbər”ə açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, yeni dizaynlı əskinasların əvvəlki nümunələrdən fərqlənməsi və vətəndaşların mühafizə elementləri ilə kifayət qədər tanış olmaması belə şübhələrə səbəb ola bilər.
“Həqiqi pul nişanlarında su nişanı, mühafizə çapı, qabarıq çap və digər mühafizə elementləri mövcuddur. Vətəndaşlar bu elementləri adi gözlə və toxunmaqla müəyyən edə bilərlər”.
Mütəxəssis yeni əskinasların ödəniş terminalları və bankomatlar tərəfindən qəbul edilməməsi məsələsinə də toxunub.
Onun sözlərinə görə, nağd pul avadanlıqlarında əskinasların qəbulunda əsas meyar buraxılış tarixi deyil, fiziki vəziyyətidir. Zədələnmiş, rəngini itirmiş, üzərində nəzərəçarpan yazı və ləkələr olan əskinaslar həmin avadanlıqlar tərəfindən qəbul edilməyə bilər.
Qeyd olunub ki, tədavülə buraxılmış pul nişanları ölkə ərazisində bütün növ ödənişlər zamanı nominal dəyəri ilə qəbul edilməlidir. Əskinasların yeni dizaynına görə qəbulundan imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 24 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















