Hicabsız qaçan yüzlərlə qadına cinayət işi açıldı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tehran Prokurorluğu sentyabrın 18-də Velayət parkında keçirilən 10 kilometrlik qaçış yarışı ilə bağlı cinayət işi açıb.
Modern.az xəbər verir ki, yarışda qadın və kişilər iştirak edib. Yarış zamanı bəzi qadın iştirakçıların hicab qaydalarına əməl etməməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Prokurorluq yarış zamanı “qanuni və dini qaydalara əməl edilmədiyini” bildirib.
“Fars” agentliyinin məlumatına görə, təşkilatçılar yarışın Daxili İşlər Nazirliyi və Tehran Atletika Federasiyasının icazəsi ilə keçirildiyini deyiblər. Federasiya isə iştirakçılardan İslam qaydalarına və hicab tələblərinə riayət edəcəklərinə dair yazılı öhdəlik alındığını açıqlayıb.
Tehran vilayətinin İdman Departamentinin rəhbəri Həbib Satude-Nejad bildirib ki, tədbirə icazə regional təhlükəsizlik şurası tərəfindən verilib. Qaydaları pozduğu müəyyən edilən idmançılarla bağlı inzibati və intizam tədbirləri görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 21 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















