Icma.az
close
up
RU
Hicabsız konsert verən müğənniyə qarşı cinayət işi açıldı

Hicabsız konsert verən müğənniyə qarşı cinayət işi açıldı

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İranda hicabsız konsert verən gənc müğənni Pərəstu Əhmədiyə qarşı cinayət işi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Radio Farda” yayıb.

Bildirilib ki, müğənninin İranda karavansaraylardan birində hakimiyyətin tətbiq etdiyi hicab qaydalarına əməl etmədən verdiyi konsert sosial şəbəkədə böyük marağa səbəb olub. Bundan sonra İranın hüquq-mühafizə orqanları xanıma və konsertin təşkilatçılarına qarşı cinayət işi başlayıb.

Bu, İranın müasir tarixində ilk hadisə sayılır. İslam Respublikasında indiyə qədər İran vətəndaşı olan heç qadın belə bir addım atmayıb. Onun bu addımı İran tarixində hicabsız səhnəyə çıxan ilk qadın müğənni Qəmərülmülk Vəzirinin ifası ilə müqayisə edilir.

Qəmərmülk 1905-ci ildə Güney Azərbaycanın Qəzvin vilayətinin Takestan şəhərində anadan olub. Kiçik yaşlarında valideynlərini itirib. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyüyüb. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırmış. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olub. Evdə bu stildə oxumağa başlayıb. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə ediblər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşıb.

Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib. Ona İran musiqisinin dərinliklərini öyrədib. Onu opera və teatrlara dəvət ediblər. Tehranın Laləzar bölgəsində yerləşən kinostudiya onu filmlərə çəkib. Mədəni tədbirlərə yolu açılan Qəmərülmülk məşhur şair və bəstəkarlarla tanış olub. Milli Radio onun konsertlərini təşkil edib. Qəmərülmülk İran mədəniyyət və musiqi tarixinə öz adını qızılı hərflərlə yazdırıb. O, 1959-cu il avqustun 6-da vəfat edib.

Qeyd edək ki, İranda karvansaraylardan birində Pərəstu Əhmədi adlı müğənni hicab məcburiyyətini pozaraq konsert proqramı ilə çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri