Icma.az
close
up
RU
Hicran Hüseynova: Bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır

Hicran Hüseynova: Bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Türkiyədə uşaqların sosial mediaya girişinə məhdudiyyət qoyulub. Yaşı 15-dən aşağı olan şəxslər üçün sosial media istifadəsini qadağan edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.

Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Hicran Hüseynova AZƏRTAC-a açıqlamasında bu qanunu necə dəyərləndirdiyini və oxşar tətbiqin Azərbaycanda gözlənilib-gözlənilmədiyini şərh edib. Deputat qeyd edib ki, uşaqların zərərli informasiyadan qorunması, onların rəqəmsal mühitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı qanunvericilik mexanizmi mövcuddur. Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. 1998-ci ildə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub. 2018-ci ildə isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib və bu gün də qüvvədədir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması halları ilə bağlı fiziki, vəzifəli və hüquqi şəxslərə cərimə sanksiyaları tətbiq edilir. Milli Məclisin ötən payız sessiyasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını alması istiqamətində çox vacib əlavə və dəyişiklik edildi. Bu dəyişiklik yeniyetmə və gənclərin zərərli informasiyadan qorunmasının təmin edilməsinə imkan yaradır.

“Məlum olduğu kimi, hazırda müxtəlif informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün reallığıdır. Lakin internetin, müasir texnologiyaların müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusilə uşaqların sosial inkişafına ziyan vuran mənfi məqamları da var. Sosial şəbəkələrdə etikaya, əxlaqazidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur. Əfsuslar olsun ki, belə hadisələr haqqında mediada məlumatlara rast gəlirik. Buna görə də bu sahədə qanunvericiliyin daha da gücləndirilməsinə ehtiyac yaranır”, - deyə Hicran Hüseynova qeyd edib.

Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” 2026-cı il 27 fevral tarixli Sərəncamı məhz bu zərurətin təzahürüdür. Həmin sənədə əsasən, uşaqları rəqəmsal mühitdəki zərərli təsirlərdən qorumaq üçün sosial şəbəkələrdə yaş məhdudiyyətləri, məktəblərdə elektron cihaz istifadəsi qaydaları və kibertəhlükəsizlik tədrisi nəzərdə tutulur. Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən uşaqların onlayn təhlükəsizliyini təmin edən hüquqi və texnoloji mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.

Uşaqların sosial mediaya çıxışının məhdudlaşdırılıb-məhdudlaşdırılmaması 2024-2025-ci illər və elə hazırkı dövr üçün rəqəmsal siyasətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Dünyanın hər yerində hökumətlər yetkinlik yaşına çatmayanları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və zehni sağlamlığa mənfi təsirlərdən qorumaq üçün yaş məhdudiyyətindən tutmuş birbaşa qadağalara qədər müxtəlif tədbirlər həyata keçirirlər. Avropanın bir sıra ölkələrində, ABŞ-də, Çində artıq təcrübə var. Türkiyə Böyük Millət Məclisi tərəfindən 15 yaşına çatmamış uşaqların sosial media şəbəkələrindən istifadəsinə rəsmən qadağa qoyulması ilə bağlı qərar qəbul edildi.

“Bu məsələ ilə bağlı fikirlər və təklifləri biz müxtəlif ictimai müzakirələr zamanı, o cümlədən Milli Məclisdə müvafiq dövlət qurumlarının, deputatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dinləmələrdə səsləndirmişik. Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli təsirlərdən qorunması məqsədilə qanunvericiliyə, 16 və ya 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının məhdudlaşdırılması mümkündür. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə, uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Bu tədbirlərin tətbiqi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün sosial şəbəkə platformaları qarşısında da məsuliyyət yaradır. Bu, azyaşlıları kiberzorakılıq, mənfi məzmun və psixoloji fəsadlardan qorumaq üçün zəruri hesab olunur. Təhsil, rəqəmsal savadlılıq və zərərin minimuma endirilməsinə əsaslanan alternativ yanaşmalar uzunmüddətli perspektivdə daha davamlı ola bilər”, - deyə H.Hüseynova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri