Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
Bakıvaxtı.az xəbər verir ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Hidayətə tezliklə sağalaraq tatamiyə daha güclü qayıtmasını arzulayır, cüdoçularımıza isə Avropa çempionatında uğurlar diləyirik!
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Baxış sayı:120
Bu xəbər 22 Aprel 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















