Hidayət Heydərov Neftçinin üzvləri ilə görüşdü
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.
"Football-plus.az" xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Qeyd edək ki, Heydərov dekabrın 1-də saat 19.00-da “Neftçi Arena”da keçiriləcək "Neftçi" - “Qarabağ” oyununu tribunadan izləyəcək.

Hidayət Heydərov Neftçinin BAZASINDA
29 Noyabr 2024 16:47
Hidayət Heydərov Neftçinin qonağı oldu Şəkillər
29 Noyabr 2024 17:13
Hidayət Heydərov Neftçinin qonağı oldu FOTO
29 Noyabr 2024 19:01
Hidayət Heydərov Neftçinin futbolçu və məşqçi heyəti ilə görüşdü
29 Noyabr 2024 17:24

