Hidrometeorologiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda faktiki və gözlənilən hava şəraiti ilə bağlı məlumatları operativ əldə etmək və izləmək məqsədilə Milli Hidrometeorologiya Xidməti tərəfindən meteo.az mobil tətbiqi test rejimində istifadəyə verilib.
Bizim.Media xəbər verir ki, bunu Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, tətbiq vasitəsilə ölkə ərazisində mövcud və gözlənilən hava şəraiti, temperatur, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, rütubət eyni zamanda təhlükəli hava ilə bağlı xəbərdarlıqlar haqqında məlumatlar təqdim olunur. Tətbiqdə qısamüddətli proqnozlarla yanaşı, həftəlik hava proqnozları da göstərilir.
Xidmət rəsmisinin sözlərinə görə, “meteo.az” mobil tətbiqi hazırda IOS platforması üzərindən fəaliyyət göstərir, yaxın vaxtlarda “Android” versiyası da istifadəyə veriləcək.
Bizim.Media
Baxış sayı:69
Bu xəbər 07 Noyabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















