Icma.az
close
up
RU
Hikmət Babaoğlunun “təbrik statusu” KONKRET

Hikmət Babaoğlunun “təbrik statusu” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Dünənin ən mühüm gündəm xəbəri, əlbəttə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü ilə bağlı idi. Dövlət başçısının Ağdam səfəri də bu baxımdan daha maraqlı oldu. Sosial şəbəkələrdə cənab İlham Əliyevi minlərlə insan təbrik etdi. Bizim diqqətimizi isə millət vəkili Hikmət Babaoğlunun təbrik statusu cəlb elədi.

Çünki onun yazısı, dövlət başçısının ad günü münasibətilə təbriki siyasi mədəniyyətin, dil məsuliyyətinin və ideoloji yetkinliyin göstəricilərinə tam zidd idi. Nəzərə alaq ki, bu təbriki yazan millət vəkili uzun illər ideoloji sahədə çalışıb, “Yeni Azərbaycan” qəzetinə rəhbərlik edib. Bu cür fiqurlar sıradan sosial şəbəkə istifadəçisi deyil, ictimai rəy formalaşdıran, sözün çəkisini bilməli olan adamlardır. Təəssüf ki, bu “təbrik statusu” nə siyasi etikaya, nə dövlətçilik ənənəsinə, nə də intellektual səviyyəyə uyğun gəldi. Dövlət rəhbərinə hörmət, ehtiram, səmimiyyət əvəzinə, o, təbrikini dini-mistik anlayışlarla, mifoloji terminlərlə təqdim etməklə guya fərqlənmək istədi. Bu, heç bir ölçüyə sığmadı. Əksinə, siyasəti gülünc vəziyyətə salmaqla dili ucuzlaşdıran yanaşması ilə qınağa tuş gəldi.

Hikmət Babaoğlu anlamalıdır ki, dövlət güclüdürsə, onu mifləşdirməyə ehtiyac yoxdur. Siyasət ciddidirsə, onu folklorvari, yarımçıq, savadsız ifadələrlə təqdim etmək olmaz. “Tanrıkut” kimi nə Azərbaycan dilinin leksikonunda, nə də siyasi terminologiyada yeri olan ifadələrdən istifadə etmək ideoloji tapıntı deyil, dil savadsızlığının açıq göstəricisidir. Azərbaycan dilində “kutlu olsun” ifadəsi də yoxdur. “Kut” sözü özü belə bu mənada işlədilmir. Dilə zorla, süni “müqəddəslik” yükləmək nə dövlətə xidmət edir, nə də cəmiyyətə. Məsələ təkcə bir ifadədə, bir statusda da deyil. Problem ondadır ki, bu cür çıxışları normal sayanlar da var. Daha təhlükəlisi isə ideoloji sahədə çalışan insanların dil məsuliyyəti daşımaması, qrammatik qaydalara, məna ardıcıllığına etinasız yanaşmasıdır. “Həm… həm də…” bağlayıcılarının necə işlədiyini bilməmək, vergüllərlə “düşmənçilik” etmək, coğrafi adları səhv yazmaq deputatın xırda texniki qüsuru deyil. Bunlar düşüncə səviyyəsinin göstəricisidir.

Sosial şəbəkədə tənqiddən sonra statusun qismən düzəldilməsi müsbət hal kimi qəbul edisə də, başqa problem üzə çıxdı. Məlum oldu ki, ideoloji sahədə çalışan adamın dili çox bəsitdir, onun ideoloji dünyagörüşü geniş deyil. Əgər bir millət vəkilinin ali təhsili barədə açıq mənbələrdə belə məlumat yoxdursa, bu artıq fərdi məsələ olmaqdan çıxaraq cəmiyyətin probleminə çevrilir.

İkinci şəkildən göründüyü kimi, Hikmət Babaoğlu statusa düzəliş etsə də, yazıya tam əl gəzdirə bilməyib. Buna onun ya hövsələsi çatmayıb, ya da… Qısası, Babaoğlu dünən statusunu 3 dəfə dəyişməli olub. Bu baxımdan, oxuculardan gələn şərhlər də təsadüfi olmayıb. “Elə bildim orta məktəbdən qovulmuş şagirdin statusunu oxuyuram” ifadəsi təkcə emosional reaksiya yox, cəmiyyətin intellektual narazılığının göstəricisi idi. İnsanlar haqlı olaraq sual edirlər: ölkənin taleyini, xalqın müqəddəratını düşünmək əvəzinə savadsızlığı normallaşdıran, dili və mənanı ucuzlaşdıran millət vəkillərinə nə ehtiyac var axı?!

Burada artıq fərdlərdən çox, mühitdən danışmaq lazımdır. Yeri gəlmişkən, məhz həmin qalmaqaldan sonra Hikmət Babaoğlu haqqında azacıq araşdırma apardıq.

Sən demə, əmək kitabçasında iş yeri slesar kimi yazılan millət vəkili əvvəllər cəbhəçi olub. YAP-a Əli Nağıyevin dəstəyi ilə gəlib. Sonra Qərib Məmmədov onu Torpaq və Xəritəçəkmə Komitəsinə – yanına aparıb. Ramiz Mehdiyevin kadrı kimi tanınıb. Dübəndidə, Qubada-Qəçrəşdə, Xızıda villaları, böyük təsərrüfatı, restoranı var. At fermasının olduğu barədə iddialar da yayılıb. Azərbaycan Prezidentinin bağışladığı mənzili ərəblərə kirayə verdiyi haqda xəbərlərlə vaxtilə başı dərdə düşmüşdü. Onun bir mənzili isə Dilarə Əliyeva küçəsində, Dəmir yolunun yanındadır. Özünün isə Qaraçuxurdakı villada qaldığı deyilir.

Bir ziyalımızın şərhində isə onun haqqında maraqlı bir müqayisə aparılır: Molyerin “Meşşanın zadəganlığı” əsərindəki Cənab Jurden obrazı bu mənzərəni xatırladır: yüksək görünmək cəhdi, amma nəticədə gülünc vəziyyət. Süni şəkildə “uca” görünmək istəyən, amma elementar bilikdən məhrum olan adamın aqibəti dəyişmir — istər XVII əsr Fransasında olsun, istərsə də XXI əsr Azərbaycanda”.
Bu gün Azərbaycanda əsas təhlükə təkcə savadsızlıq deyil, savadsızlığın normallaşdırılmasıdır. Kütləviləşmiş kütləşmə, düşünməyin yox, təqlidin təşviqi, intellektual zəhmətin yox, yüngül yolun təbliği geniş vüsət alıb. Gənclərə göstərilən “uğur modeli” oxuyan, düşünən, mütaliə edən insan deyil, dili bilmədən vəzifə tutan fiqurdursa, bunun nəticəsi ağır olacaq.

Hikmət Babaoğlu kimilər bilməlidir ki, dövlətə hörmət mifləşdirmə ilə yox, ciddiyyətlə qorunur. Siyasət pafosla yox, məsuliyyətlə aparılır. Dil isə müqəddəsdir. Onu korlamaq heç kimin haqqı deyil. İdeoloji sahədə çalışan adam ilk növbədə bunu anlamalıdır.
Əks halda, gülməli olan təkcə bir status yox, bütöv bir xalq olacaq.

KONKRET.az-ın ANALİTİK QRUPU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Dekabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri