Icma.az
close
up
RU
Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir VİDEO AZƏRTAC

Hikmət Hacıyev: Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycana qarşı mina terroru siyasəti davam etməkdədir. Çünki 30 illik işğal dövründə bir milyondan artıq mina basdırılıb. Bu azmış kimi, hələ 2020-ci ildən sonrakı dövrdə - Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələr getdiyi dövr ərzində yenə də Ermənistandan Azərbaycan ərazilərinə minaların daşınması proqramları həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib.

Ermənistanın regionda ən çox mina istehsal edən ölkələrdən biri olduğunu qeyd edən H.Hacıyev fikirlərinə belə davam edib: “Keçmiş təmas xətti ilə bərabər qondarma rejimin yerləşdiyi ərazinin perimetrləri çərçivəsində də minalanma siyasəti həyata keçirilib. Bunun nəticəsində bu gün də Azərbaycanın mülki insanları mina terrorunun qurbanları olmaqda davam edirlər. Bu məsələdə bilavasitə Ermənistan Respublikası dövlət məsuliyyəti daşıyır. Çünki Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətin tərkib hissəsi olaraq Azərbaycan əraziləri minalanıb. Ölkəmizin ərazisinin təqribən 12 faizi minalarla çirkləndirilib. Minaların təmizlənməsi böyük zəhmət və böyük maliyyə resursu tələb edir. Amma bundan daha vacibi bu nəticə insan həyatı hesabına başa gəlir. Mina təmizlənməsi işi çox çətin prosesdir. Bir çox hallarda mülki insanlar təsadüfdən və ya müəyyən yanlışlıq nəticəsində minaların qurbanlarına çevrilirlər. Mina, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı məqsədyönlü şəkildə terror və işğal siyasətinin başqa formalarla davam etməsidir. Bu, Azərbaycanın bərpa və quruculuq işlərinin sürətinə mənfi təsir göstərir, mülki insanların təhlükəsiz şəkildə həmin ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistan tərəfinə göstərilmiş təzyiqlər nəticəsində onlar mina xəritələrinin bir qismini versələr də, həmin xəritələr reallıqda yerdəki vəziyyəti əks etdirmir, dəqiqliyi çox aşağı səviyyədədir. Ermənistan o xəritələrin bir çoxunu hələ təhvil verməyib. Versə belə, minaların təmizlənməsi çox ciddi, həyati təhlükə doğuran bir əməliyyatdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri