Icma.az
close
up
RU
Hikmət Hacıyevdən Borrellə mesaj: Bu, son dərəcə təəssüf doğurur

Hikmət Hacıyevdən Borrellə mesaj: Bu, son dərəcə təəssüf doğurur

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq sosial media hesabında yazıb.

Prezidentin köməkçisinin sözlərinə görə, inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər:

"Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var.

Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir. Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər dövlətləri COP29-da iştirakdan çəkinməyə çalışıb. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur.

Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Noyabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri