Himayədar ailələrə verilən uşaqların sayı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 91 uşaq himayədar ailələrə verilib. Onlardan 51-i qız, 40-ı oğlandır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.
“Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi ilə onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Himayədar ailələrə müvafiq sosial dəstək tədbirləri də həyata keçirilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi olan uşağa görə 650 manat) aylıq müavinət ödənilir.
Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.
Son aylarda himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib. Nəticədə uşağın himayədar ailəyə keçidi prosesi üçün minimal müddət azalaraq 2 həftəyə enib.
Himayədar ailə olmaq məqsədilə müraciət edən vətəndaşlar üçün təlimlərin onlayn formada keçirilməsi imkanı da yaradılıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Noyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















