Icma.az
close
up
RU
Hind quşu Muğanda ikinci Vətən qazanıb

Hind quşu Muğanda ikinci Vətən qazanıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Günəşli payız günüdür. Paytaxtdan 175 kilometr aralıda yerləşən qədim Muğan diyarı – Biləsuvarda, sözün həqiqi mənasında, bayram ovqatı yaşanır. Təkcə Biləsuvardan deyil, Bakı, Şamaxı, Salyan, Neftçala və cənub bölgəsinin rayonlarından da insanlar axın-axın mərkəzi parka gəlirlər. Biləsuvarlılar adəti üzrə qonaqlara isti münasibət, qonaqpərvərlik göstərirlər. Üzlərdə sevinc, xoş təbəssüm görünür. 

Şəhərin mərkəzi parkında Biləsuvar Rayon İcra Hakimiyyətinin,  Kənd Təsərrüfatı, Mədəniyyət, Gənclər və İdman Nazirlikləri, Dövlət Turizm Agentliyi və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə ənənəvi VI Hind Quşu-Mətbəx Festivalı keçirilir. 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın xalqımızın çoxəsrlik adət-ənənələrinin, milli mətbəximizin təbliği, eləcə də quşçuluğun inkişafı və rayonun turizm potensialının tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. 

Milli Məclisin üzvlərindən Bəhruz Məhərrəmov, Günay Ağamalı, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Prezident İlham Əliyevin uğurlu siyasətindən, sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlərdən söhbət açaraq tədbirin təşkilini çox yüksək qiymətləndirdilər.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov il ərzində 30-a yaxın aqrobiznes festivalının keçirildiyini, belə tədbirlərin çoxlu sayda dövlət və özəl müəssisələri, fermerləri, məhsul istehsalçılarını bir araya gətirdiyini vurğuladı. 

Festival iştirakçılarına hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar, Çin və özbək mətbəxindən nümunələr, hind quşunun amerikasayağı ləvəngisi təqdim olundu. Ocaq üstündə dəmlənən plov, sacda bişirilən yeməklər maraqla qarşılandı. 

Ömrünün müdrik çağlarını yaşayan Saməddin Abbasov dedi ki, payız-qış aylarında hind quşunun əti daha dadlı, tamlı, ləzzətli olur. Biləsuvarda bu quşun ətindən hazırlanan kabab, bozartma, bozbaş, piti və digər yeməklər dadı, keyfiyyəti ilə fərqlənir. 

Festival çərçivəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası da fəaliyyət göstərirdi. Fermerlər istehsal etdikləri hind quşu, meyvə-tərəvəz və digər məhsulları iştirakçılara təqdim etdilər, təcrübəli aşpazlar yemək reseptləri haqqında məlumat verdilər. 

Masallıdan ailə üzvləri ilə gəlmiş Elnur Ağayev əvvəlki festivallarda da iştirak etdiyini, bu dəfə tədbirin daha yüksək səviyyədə hazırlandığını, uşaqlar üçün əyləncəli yerlərin də ayrıldığını bildirdi. 

Xalq sənəti, xalça və kəlağayı nümunələri, milli geyimlər, bəzək əşyaları, rəssamlıq və əl işlərindən ibarət sərgilər, Basqal şirniyyatları iştirakçılarda maraq doğurdu. Astara rayonunun qocaman mədəniyyət işçisi Rüfət Rzayev həsirçilik sənətini nümayiş etdirdi, gənclərə həsir toxmağı öyrətdiyini dedi. 

Sonra əyləncəli proqramlar təqdim olundu. Pəhləvanların və kəndirbazların çıxışları, at və dəvə belində gəzintilər, kənd həyatını əks etdirən alaçıqlar, retro maşınların sərgisi tədbirə xüsusi rəng qatdı. 

Festivalda folklorumuzun zəngin nümunələri, Dağlıq Şirvan aşıqlarının, respublikanın istedadlı incəsənət ustalarından Əlikram Bayramov, ­Sivva Ağasiyeva, Şahanə Rzayeva və başqalarının biri-birindən gözəl çıxışları, milli rəqslər iştirakçılara xoş anlar yaşatdı.

Tədbirin fəal iştirakçılarına xüsusi mükafatlar təqdim olundu. Festival milli və xarici musiqi nümunələrinin səsləndirilməsi, rəqs kollektivlərinin çıxışları ilə davam etdi.

Ə.Həsənov,
XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see301

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see298

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see293

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see278

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see266

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see265

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see252

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see248

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see246

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see246

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see229

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see229

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see228

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see227

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see224

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see217

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see214

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see211

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri