Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Hindistan Azərbaycanı HƏDƏLƏDİ Cavabı BELƏ VERİLDİ

Hindistan Azərbaycanı HƏDƏLƏDİ Cavabı BELƏ VERİLDİ

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? - ekspertlərin rəyi

Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib.

İlk reaksiya verənlərdən biri Azərbaycan, Türkiyə və Özbəkistana turist səfərlərinin dayandırıldığını elan edən "Cox & Kings" olub.

“Son hadisələr fonunda biz Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün yeni turizm təkliflərini dayandırmaq qərarına gəldik. Bu qərar bizim və ölkəmiz üçün vacib olan prinsiplərə sadiqliyimizdən irəli gəlir”, - şirkətin direktoru Karan Aqarval bildirib.

Hindistanın "Ease My Trip" turizm agentliyi də “ölkə turistlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini” vurğulayaraq, oxşar mövqe tutub. "Travomint" şirkəti də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırdığını elan edərək, müştərilərini bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb. Həmçinin Pickyourtrail.com eyni addımı atıb. Bundan sonra "Go Homestays" Türk Hava Yolları ilə ortaqlığını bitirdiyini açıqlayıb.

Az öncə Azərbaycan mallarının Hindistana idxalına embarqo qoyula biləcəyi haqda da xəbər yayılmışdı. Bütün hallarda Bakı və Ankaranın İslamabada dəstəyinin dəyişməyəcəyi şübhəsizidr. Çünki bu, bizim qardaşlığımızda “qırmızı xətt”dir.

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.

Bəs boykot hədəsi nə dərəcədə təsirli və Azərbaycan üçün ziyanlı ola bilər? Hindistanın özü də ziyan görməzmi? Azərbaycan Hindistan mallarını boykot edəcəkmi?Qeyd edək ki, ölkəmizə ən çox turist gələn ölkələrdən biri Hindistandır. Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb (onun 99%-dən çoxu - 730 milyon dollar) neft və neft məhsullarıdır, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Onun da əsas hissəsini düyü təşkil edib. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb.

Hurriyyet.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyir ki, Pakistan və Hindistan arasında atəşkəs elan olunandan sonra sözügedən mövzu səngiyəcək: “Bu mövzunun daim gündəmdə olması o qədər də aktual olmayacaq. Həmçinin Hindistandan Azərbaycana uçan təyyarələrin reyslərinin ləğvi ilə bağlı hansısa bir rəsmi açıqlama yoxdur. Deməli, turların satılması hələ də davam edir. Dəqiq olan budur ki, gərginliyin olması Azərbaycan-Hindistan münasibətlərinə, ticarət dövriyyəsinə və turizmə gələcəkdə təsir edə bilər. Mal və məhsulların idxalına qadağa qoyulması ilk növbədə Hindistanın özünə ziyan vura bilər. Çünki bu ölkə Azərbaycandan yarım milyard dollara yaxın enerji məhsulları alır. Bunu əvəzləmək o qədər də asan deyil”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan həmin məhsulları başqa ölkələrə də sata bilər: “Bu, elə növ məhsullardır ki, bütün ölkələrdə alıcısı var. Hindistanın isə Azərbaycana ixracatında yerli məhsulların istehsalı önəmlidir. Onlar yerli istehsalı bir çox ölkələrə satmaqda maraqlıdırlar. Azərbaycan isə bu anlamda bazar nöqteyi-nəzərindən Hindistan üçün maraqlıdır. Buna görə də düşünürəm ki, piar və səs-küyə baxmayaraq, bir müdətdən sonra bu mövzu gündəmdən çıxacaq. Pakistan və Hindistan arasındakı atəşkəsə tam riayət olunduğunun və danışıqların intensivləşdiyinin şahidi oluruq”.İqtisadçı hesab edir ki, ümumiyyətlə, Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər təsir edər: “Çünki Hindistan son 1 ildə sürətlə ən çox turist göndərən ölkələr siyahısna daxil edilib. Azərbaycanda Hindistan turistlərinə sistemli şəkildə yanaşan hotellər, restoranlar var, onların gəlirliliyinə mənfi təsir edə bilər. Amma hələlik Hindistandan uçuşların qarşılıqlı dayandırılması ilə bağlı rəsmi məlumat yoxdur”.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, Hindistan və Pakistandan gələn turistlər Azərbaycan üçün əhəmiyyətlidir: “Azərbaycana turistlərin gəlməsi baxımından ilk onluqda elə bu ölkələrdir. Hindistan gələnlərin sayına görə 3-cü yerdədir. 2024-cü ildə Hindistandan 240 mindən çox turist Azərbaycana gəlib. Bu, əvvəlki dövrlə müqayisədə 50 faiz artım demək idi. İki ölkə arasında baş verən gərginliklə əlaqədar birbaşa reyslər ləğv olundu. Bununla bağlı həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayı kəskin şəkildə azaldı. Bu həm də siyasi motivlərlə bağlıdır. Azərbaycanın bu qarşıdurmada Pakistanı dəstəkləməsi və mövqe bildirməsi Hindistanı narahat etdi. Bu nöqteyi-nəzərdən Hindistandan turistlərin gəlməməsi ilə bağlı çağırışlar oldu. Hindistan böyük bazardır və xaricə çıxışları çoxdur. Bu mənada oradan gələn turistlərin azalması hansısa formada təsir edəcək. Buna görə də turist baxımından Azərbaycan bir və ya iki ölkədən asılı olmalı deyil. Bu, çox risklidir. Ölkəmiz yeni bazarlarla işbirliyindədir. Çinlə və Şərqi Avropa ölkələri ilə yaxınlaşmanın şahidi oluruq. Gələcəkdə Körfəz ölkələri ilə də işbirliyi olacaq. Bu da bir bazardan asılılığı aradan qaldıracaq”.Ekspertin sözlərinə görə, bu istiqamətdə Özbəkistandan Azərbaycana birbaşa reyslərin sayı artırılır. Onun sözlərinə görə, Orta Asiya ökələrindən Azərbaycana kifayət qədər maraq var: “Oradan gələn turistlərin sayında da gələcəkdə kifayət qədər artım olacaq. Xüsusən türk dövlətlərinin yaxınlaşması turizm əlaqələrinin aktivləşməsinə müsbət təsir edəcək”.   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see694

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see290

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see290

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see272

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see269

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see264

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see257

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see257

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see256

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see254

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see248

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see239

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see234

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see234

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see230

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see229

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see222

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see221

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri