Icma.az
close
up
RU
Hindistan Azərbaycanı HƏDƏLƏDİ Cavabı BELƏ VERİLDİ

Hindistan Azərbaycanı HƏDƏLƏDİ Cavabı BELƏ VERİLDİ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

XİN başçısı Dehlidən çağırışlara reaksiya verdi; bəs sanksiyanın ölkəmizə hansı ziyanı ola bilər? - ekspertlərin rəyi

Hindistanla qarşıdurmada Pakistana Azərbaycan və Türkiyənin açıq və birmənalı dəstəyi Yeni Dehlidə kəskin narazılıq yaradıb. Artıq sosial mediada Hindistan vətəndaşlarına bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırışlar başlayıb və ardınca böyük turizm şirkətləri boykota səsləyib.

İlk reaksiya verənlərdən biri Azərbaycan, Türkiyə və Özbəkistana turist səfərlərinin dayandırıldığını elan edən "Cox & Kings" olub.

“Son hadisələr fonunda biz Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün yeni turizm təkliflərini dayandırmaq qərarına gəldik. Bu qərar bizim və ölkəmiz üçün vacib olan prinsiplərə sadiqliyimizdən irəli gəlir”, - şirkətin direktoru Karan Aqarval bildirib.

Hindistanın "Ease My Trip" turizm agentliyi də “ölkə turistlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini” vurğulayaraq, oxşar mövqe tutub. "Travomint" şirkəti də Azərbaycan və Türkiyə ilə əməkdaşlığı tamamilə dayandırdığını elan edərək, müştərilərini bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb. Həmçinin Pickyourtrail.com eyni addımı atıb. Bundan sonra "Go Homestays" Türk Hava Yolları ilə ortaqlığını bitirdiyini açıqlayıb.

Az öncə Azərbaycan mallarının Hindistana idxalına embarqo qoyula biləcəyi haqda da xəbər yayılmışdı. Bütün hallarda Bakı və Ankaranın İslamabada dəstəyinin dəyişməyəcəyi şübhəsizidr. Çünki bu, bizim qardaşlığımızda “qırmızı xətt”dir.

Xarici işlər naziri Ceyhun Bayramov Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib: “Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.

Bəs boykot hədəsi nə dərəcədə təsirli və Azərbaycan üçün ziyanlı ola bilər? Hindistanın özü də ziyan görməzmi? Azərbaycan Hindistan mallarını boykot edəcəkmi?

Qeyd edək ki, ölkəmizə ən çox turist gələn ölkələrdən biri Hindistandır. Azərbaycanla Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb (onun 99%-dən çoxu - 730 milyon dollar) neft və neft məhsullarıdır, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb. Onun da əsas hissəsini düyü təşkil edib. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb.

Ölkə.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyir ki, Pakistan və Hindistan arasında atəşkəs elan olunandan sonra sözügedən mövzu səngiyəcək: “Bu mövzunun daim gündəmdə olması o qədər də aktual olmayacaq. Həmçinin Hindistandan Azərbaycana uçan təyyarələrin reyslərinin ləğvi ilə bağlı hansısa bir rəsmi açıqlama yoxdur. Deməli, turların satılması hələ də davam edir. Dəqiq olan budur ki, gərginliyin olması Azərbaycan-Hindistan münasibətlərinə, ticarət dövriyyəsinə və turizmə gələcəkdə təsir edə bilər. Mal və məhsulların idxalına qadağa qoyulması ilk növbədə Hindistanın özünə ziyan vura bilər. Çünki bu ölkə Azərbaycandan yarım milyard dollara yaxın enerji məhsulları alır. Bunu əvəzləmək o qədər də asan deyil”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycan həmin məhsulları başqa ölkələrə də sata bilər: “Bu, elə növ məhsullardır ki, bütün ölkələrdə alıcısı var. Hindistanın isə Azərbaycana ixracatında yerli məhsulların istehsalı önəmlidir. Onlar yerli istehsalı bir çox ölkələrə satmaqda maraqlıdırlar. Azərbaycan isə bu anlamda bazar nöqteyi-nəzərindən Hindistan üçün maraqlıdır. Buna görə də düşünürəm ki, piar və səs-küyə baxmayaraq, bir müdətdən sonra bu mövzu gündəmdən çıxacaq. Pakistan və Hindistan arasındakı atəşkəsə tam riayət olunduğunun və danışıqların intensivləşdiyinin şahidi oluruq”.

İqtisadçı hesab edir ki, ümumiyyətlə, Hindistandan turist axını dayanarsa, bu, müəyyən qədər təsir edər: “Çünki Hindistan son 1 ildə sürətlə ən çox turist göndərən ölkələr siyahısna daxil edilib. Azərbaycanda Hindistan turistlərinə sistemli şəkildə yanaşan hotellər, restoranlar var, onların gəlirliliyinə mənfi təsir edə bilər. Amma hələlik Hindistandan uçuşların qarşılıqlı dayandırılması ilə bağlı rəsmi məlumat yoxdur”.

Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Yeni Müsavat”a bildirib ki, Hindistan və Pakistandan gələn turistlər Azərbaycan üçün əhəmiyyətlidir: “Azərbaycana turistlərin gəlməsi baxımından ilk onluqda elə bu ölkələrdir. Hindistan gələnlərin sayına görə 3-cü yerdədir. 2024-cü ildə Hindistandan 240 mindən çox turist Azərbaycana gəlib. Bu, əvvəlki dövrlə müqayisədə 50 faiz artım demək idi. İki ölkə arasında baş verən gərginliklə əlaqədar birbaşa reyslər ləğv olundu. Bununla bağlı həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayı kəskin şəkildə azaldı. Bu həm də siyasi motivlərlə bağlıdır. Azərbaycanın bu qarşıdurmada Pakistanı dəstəkləməsi və mövqe bildirməsi Hindistanı narahat etdi. Bu nöqteyi-nəzərdən Hindistandan turistlərin gəlməməsi ilə bağlı çağırışlar oldu. Hindistan böyük bazardır və xaricə çıxışları çoxdur. Bu mənada oradan gələn turistlərin azalması hansısa formada təsir edəcək. Buna görə də turist baxımından Azərbaycan bir və ya iki ölkədən asılı olmalı deyil. Bu, çox risklidir. Ölkəmiz yeni bazarlarla işbirliyindədir. Çinlə və Şərqi Avropa ölkələri ilə yaxınlaşmanın şahidi oluruq. Gələcəkdə Körfəz ölkələri ilə də işbirliyi olacaq. Bu da bir bazardan asılılığı aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə Özbəkistandan Azərbaycana birbaşa reyslərin sayı artırılır. Onun sözlərinə görə, Orta Asiya ökələrindən Azərbaycana kifayət qədər maraq var: “Oradan gələn turistlərin sayında da gələcəkdə kifayət qədər artım olacaq. Xüsusən türk dövlətlərinin yaxınlaşması turizm əlaqələrinin aktivləşməsinə müsbət təsir edəcək”.   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 May 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see275

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see266

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see252

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see251

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see247

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see240

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see239

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see238

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see228

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see209

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see209

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see207

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see207

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see206

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see202

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see198

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see196

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri