Icma.az
close
up
RU
Hindistan geri çəkilir: Dehli Bakı və Ankaranı yenidən kəşf edir

Hindistan geri çəkilir: Dehli Bakı və Ankaranı yenidən kəşf edir

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda ABŞ-İran qarşıdurması gündəmdədir. Prezident Donald Trampın Çini İrana silah ötürməkdə ittiham etməsi müzakirə olunur. Dünyanın ən böyük ölkələrindən olan Hindistanın isə öz qayğıları var.

2025-ci ildə Hindistanın xarici siyasətində baş verən kəskin dönüşlər, xüsusilə Pakistanla qarşıdurma fonunda Türkiyə və Azərbaycanla münasibətlərin soyuması, emosional reaksiyaların diplomatik qərarlara necə təsir etdiyini açıq şəkildə göstərdi. Həmin dövrdə Yeni Dehli yalnız Pakistanı deyil, onunla yaxın münasibətdə olan ölkələri də açıq şəkildə tənqid edir, diplomatik kanalları məhdudlaşdırır və ictimai səviyyədə boykot çağırışlarına dolayısı ilə imkan yaradırdı. Lakin qısa müddət ərzində bu siyasətin nəticələri göstərdi ki, sərt və emosional yanaşma uzunmüddətli strateji maraqlara cavab vermir. Bu gün Hindistanın Türkiyə və Azərbaycanla münasibətləri bərpa etməyə yönəlmiş addımları daha geniş bir siyasət dəyişikliyinin göstəricisi kimi çıxış edir.

“The Hindu” Hindistanın ən nüfuzlu və ənənəvi qəzetlərindən biridir və onu konkret bir siyasi partiyanın orqanı kimi yox, daha çox institusional, liberal və “establishment”a yaxın intellektual dairələrin səsi kimi qiymətləndirmək olar. Mərkəzçi–liberal siyasi xətt təmsil edən bu media orqanı daha çox Hindistanın diplomatik elitasının düşüncə tərzini əks etdirir

Məhz belə bir qəzetində dərc olunan redaksiya yazısı yuxarıda vurğuladığımız dönüşü açıq şəkildə qeyd edir: “New Delhi’s recent moves to re-engage diplomatically… is a considerable shift in the government’s policy”. (Yeni Dehlinin diplomatik əlaqələri yenidən qurmaq istiqamətində son addımları hökumətin siyasətində əhəmiyyətli dəyişiklikdir.)

Bu fikir onu göstərir ki, söhbət təkcə taktiki addımdan deyil, bütövlükdə yanaşmanın dəyişməsindən gedir. Əgər əvvəlki mərhələdə Türkiyə və Azərbaycan “countries that were seen as supportive of Pakistan” (Pakistanı dəstəkləyən ölkələr kimi qəbul edilən dövlətlər) kimi qəbul edilirdisə, indi bu yanaşma tədricən yerini daha balanslı və hesablanmış mövqeyə verir. Bu dəyişimin mərkəzində isə əsas prinsip dayanır: “India must approach foreign relations with more pragmatism, less emotion”. (Hindistan xarici siyasətə daha çox praqmatizm, daha az emosiyalarla yanaşmalıdır.)

Məqalədə xüsusi vurğulanan məqamlardan biri də son illərdə müşahidə olunan ictimai və siyasi reaksiyaların diplomatik münasibətlərə mənfi təsiridir. “Online outrage and calls for boycotts… had a detrimental impact” (Onlayn qəzəb dalğası və boykot çağırışları münasibətlərə mənfi təsir göstərib) ifadəsi göstərir ki, emosional dalğalar yalnız ictimai müstəvidə qalmır, dövlətlərarası əlaqələrə də zərər verir. Bu kontekstdə Hindistanın yeni mərhələdə daha ehtiyatlı davranmaq niyyəti “it is necessary for New Delhi to pick its diplomatic battles more carefully” (Yeni Dehli diplomatik mübarizələrini daha diqqətlə seçməlidir) fikri ilə əsaslandırılır. Yəni, qarşıdurmalar selektiv olmalı, resurslar və prioritetlər daha dəqiq müəyyən edilməlidir.

Türkiyə ilə münasibətlərin normallaşması bu siyasət dəyişikliyinin mühüm komponentlərindən biridir. Ankara uzun müddət Hindistan üçün problemli tərəfdaş kimi qəbul edilirdi. Bunun əsas səbəbləri Türkiyənin Pakistanla yaxın əlaqələri və Kəşmir məsələsində Hindistanın mövqeyinə qarşı çıxması idi. Lakin son diplomatik təmaslar göstərir ki, Yeni Dehli bu münasibətləri tam qarşıdurma müstəvisində saxlamağın səmərəsiz olduğunu anlayır. Türkiyə regionda mühüm siyasi və iqtisadi aktor olaraq qalır və onunla dialoqun bərpası Hindistanın daha geniş regional strategiyasına uyğun gəlir.

Azərbaycanla bağlı yanaşmanın dəyişməsi isə daha çox geosiyasi və iqtisadi faktorlarla bağlıdır. Əvvəllər Bakı əsasən Pakistanla yaxınlığı kontekstində qiymətləndirilirdisə, indi onun regional roluna daha geniş prizma ilə baxılır. Azərbaycan Cənubi Qafqazda mühüm logistika qovşağıdır və Orta Dəhlizin əsas iştirakçılarından biridir. Bu marşrut Asiya ilə Avropa arasında alternativ ticarət yolları axtaran Hindistan üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda enerji sahəsində əməkdaşlıq perspektivləri də Yeni Dehlinin Bakı ilə münasibətlərə daha praqmatik yanaşmasını stimullaşdırır.

Bu dəyişiklik Hindistanın ümumi xarici siyasət fəlsəfəsində baş verən transformasiyanı əks etdirir. Ölkə artıq eyni vaxtda bir neçə istiqamətdə qarşıdurma aparmağın həm siyasi, həm də iqtisadi baxımdan səmərəsiz olduğunu qəbul edir. Türkiyə-Azərbaycan-Pakistan xətti ilə açıq qarşıdurma yaratmaq əvəzinə, bu aktorlarla işləmək və münasibətləri idarə etmək daha məqsədəuyğun hesab olunur. Bu isə Hindistanın ənənəvi olaraq qorumağa çalışdığı balans siyasətinə qayıdış kimi də qiymətləndirilə bilər.

Nəticə etibarilə, Hindistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar zəiflik deyil, adaptasiya nümunəsidir. Bu, dəyişən beynəlxalq mühitdə daha çevik və rasional davranış modelinə keçidin göstəricisidir. Yeni Dehli artıq regiona ideoloji qarşıdurma prizmasından deyil, real əməkdaşlıq imkanları çərçivəsində yanaşmağa başlayır. Bu isə həm Türkiyə, həm də Azərbaycan üçün yeni diplomatik və iqtisadi imkanlar yaradır, eyni zamanda regionda daha mürəkkəb, lakin daha sabit balansın formalaşmasına şərait yaradır.

Elbəyi Həsənli.
Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri