Icma.az
close
up
RU
Hindistan iqtisadi əməkdaşlığı kənara ataraq siyasi ambisiyalarla çıxış edir

Hindistan iqtisadi əməkdaşlığı kənara ataraq siyasi ambisiyalarla çıxış edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 fevral, Rabil Kətanov, AZƏRTAC

Müasir Hindistanın Böyük Britaniya koloniyasından azad olunaraq müstəqil dövlət kimi fəaliyyət göstərməsində mühüm rol oynayan, milli azadlıq hərəkatının lideri Mahatma Qandi, onun qızı Hindistanın Baş naziri İndira Qandi və nəvəsi İ.Qandinin oğlu, Hindistanın Baş naziri Raciv Qandi - bir nəsil sui-qəsd nəticəsində qətlə yetirilib. Bu sui-qəsdlər Hindistanda 100-dən artıq xalqın və etnik qrupun diskriminasiyaya məruz qalması nəticəsində baş verib.

AZƏRTAC xəbər verir ki, bu gün Hindistanda sayları 100 milyonu ötən siqhlər yenə də Narendra Modi rejiminin təzyiqləri altında əzilərək separatçılığa əl atır, destabil siyasi vəziyyətin yaranmasına şərait yaradırlar. Hindistanda yaşayan digər xalqlar barəsində də eyni sözləri söyləmək olar. Lakin rəsmi Dehli bu problemləri bir kənar buraxıb, xalqların problemlərini həll etmək, sayı 1,5 milyarda yaxınlaşan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq əvəzinə Hindistan Ermənistanı silahlandırır.

Son 2 ildə Hindistan ilə Ermənistan arasında 1,5 milyard dollar həcmində silah-sursat ticarəti barədə müqavilə imzalanıb və silahların bir hissəsi artıq Ermənistana verilib. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının davam etdiyi bir zamanda bu silahlanmanın hansı məntiqlə həyata keçirildiyini başa düşmək bir az çətindir. Lakin gün kimi aydın olan odur ki, Hindistan Azərbaycanın Pakistan ilə strateji əməkdaşlıq əlaqələrini həzm edə bilməyərək regionda qeyri-sabitlik yaratmaq niyyətindədir. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan sülh naminə əməkdaşlığı davam etdirir. Lakin Ermənistan aldığı bu silahlardan 15-20 il sonra istifadə edib-etməyəcəyi böyük sual doğurur.

Fevralın 2-də Hindistanın Müdafiə Qərargahının rəisi, general Anil Çauxan İrəvanda səfərdə olub və Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşüb. Tərəflər hərbi-texniki əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bəyan ediblər. Bu səfərə kimi iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.

Hindistanın “Indian Aerospace Defense News” saytı bildirir ki, 2022-2023-cü illərdə Hindistan istehsal etdiyi silahların 43 faizini Ermənistana satıb, 2024-2025-ci illər üçün isə iki dövlət arasında 600 milyon dollar həcmində silah alışı barədə müqavilələr imzalanıb.

2020-ci il müharibəsindən sonra Ermənistan Hindistanla ikitərəfli hərbi əməkdaşlığını dərinləşdirib. Bəzi məlumatlara görə, milyonlarla dollarlıq kontraktlarda təkcə “Pinaka” sistemlərinin deyil, haubitsaların, tankəleyhinə raketlərin və antidron avadanlığının alınması nəzərdə tutulub. Ermənistan növbəti üç il ərzində Hindistandan 90 ədəd ATAGS haubitsaları almalıdır və onlardan 6-sı artıq Ermənistana çatdırılıb. Görünür, Qərbdə dayaq tapa bilməyən Ermənistanın revanş hissi ilə yaşayan bəzi siyasi qüvvələri Şərqə üz tutub. Böyük oyunçularla birlikdə yenidən regionumuzda münaqişə ocağının yaradılmasına çalışırlar. Lakin istənilən halda uduzan tərəf Hindistan olacaq və bunun da səbəbi ondan ibarətdir ki, rəsmi Dehli özünün strateji müttəfiqi olan Rusiya ilə Azərbaycandan keçən nəqliyyat əlaqələrini kəsiləcək. Ermənistan isə “dəmir yumruğu” dadıb.

Hindistanın Azərbaycana münasibətindəki mənfi transformasiya N.Modu hakimiyyətə gəldikdən sonra baş verib. Onun düşüncəsinə görə, Azərbaycan Pakistanla əməkdaşlıq edərək Kəşmir münaqişəsində rəsmi İslamabadı dəstəkləyir. Kəşmir münaqişəsi Türkiyənin istefada olan generalı Mehmet Okkanın dediyi kimi “böyük güclərin yaratdığı və hazırda dondurduğu problemdir. Onu Hindistan və Pakistan həll edə bilməz”. Azərbaycanın isə ümumiyyətlə o münaqişə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan daim qarşılıqlı faydalı əməkdaşlığa can atan siyasət yürüdür və elə Hindistan ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında iştirak etməsi də təsadüfü xarakter daşımır. Bu dəhliz Hindistana Azərbaycandan daha çox lazımdır. Dəhliz Hindistanın Avropa və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə onun strateji əhəmiyyətini də artırır. ŞCBND dəhlizinin əsas seqmenti olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi artıq reallıqdır. Bu yol Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Hindistanın Mumbai limanından Avropaya və Rusiyaya daşınan yüklər İranın Bəndər-Abbas limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq mənzil başına nəql olunacaq. “The Times of İndia” saytının yazdığına görə, ŞCBND Hindistanın Avropa ilə ticarət əlaqəsi üçün mühüm xarakter daşıyan yoldur. Bu dəhlizlə yüklər 45 günə deyil, 20 günə çatdırılacaq və nəqliyyat xərclərinin 40 faiz azalmasına səbəb olacaq. Göründüyü kimi Hindistan iqtisadi əməkdaşlığı bir kənara ataraq siyasi ambisiyalarla çıxış edir ki, bunun da nəticəsində qeyd etdiyimiz kimi uduzan tərəf olacaq.

Azərbaycan artıq regionun güc mərkəzinə çevrilib. Burada reallaşan və beynəlxalq əhəmiyyət daşıyan nəqliyyat layihələri ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. Bu günlərdə ABŞ-ın vitse-prezidentinin Cey Di Vensin regionumuza səfəri gözlənilir. Orta Dəhliz və onun əsas seqmenti kimi fəaliyyət göstərəcək Zəngəzur dəhlizinin (TRİPP) həyata vəsiqə almaq ərəfəsində olduğu bir zamanda Hindistanın bu cür addımları necə qarşılanacaq? Hindistan təkcə tranzit yollardan və ticarət əlaqələrindən deyil, eləcə də ABŞ kimi qlobal dövlətin geosiyasi layihəsinin qarşısını kəsən bir subyekt kimi çıxış edəcək ki, bu da ona baha başa gələ bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri