Hindistan Pakistan sərhədində gərginlikdən sonra bağlanan hava limanları yenidən açılacaq
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistan-Pakistan sərhədindəki gərginlik səbəbindən bağlanan 32 hava limanı yenidən açılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNBC-TV18 nəşri məlumat verib.
Məlumata görə, Hindistan Hava Limanları İdarəsi (AAI) və müvafiq aviasiya orqanları bununla bağlı pilotlar üçün bildiriş (NOTAM) dərc ediblər.
Bildirişdə Hindistan və Pakistan arasında artan gərginlik fonunda ölkənin şimal və qərb bölgələrində mülki uçuşlar üçün bağlanan 32 hava limanının yenidən açılmasından bəhs edilir.
Qeyd edilib ki, NOTAM Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) müvafiq təlimatlarından sonra dərc edilib.

Hindistan Pakistan sərhədində hava təlimləri keçirəcək
06 May 2025 22:12
Pakistan Hindistan sərhədində gərginlik səngimir
30 Aprel 2025 13:17
Pakistan Hindistan sərhədində gərginlik: atəş açıldı
25 Aprel 2025 09:41
Hindistan Pakistan sərhədində gərginlik: 7 terrorçu zərərsizləşdirildi
09 May 2025 10:42
Pakistan Hindistan beynəlxalq sərhədində atəşkəs rejimi pozulub
30 Aprel 2025 10:36

