Icma.az
close
up
RU
Hindistan və Çin Mərkəzi Asiyada hərbi təsirlərini artırır

Hindistan və Çin Mərkəzi Asiyada hərbi təsirlərini artırır

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çin və Hindistan hərbi güclərini artırmaqla yanaşı daha çox ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Misal üçün Hindistan Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də raket kompleksləri satmağa başlayıb. Hindistan Tacikistan və Türkmənistana “Akash” zenit-raket kompleksləri tədarük edib. Bu sövdələşmə barədə əvvəlcədən məlumat yox idi. İlk dəfə bu haqda Hindistan Müdafiə Nazirliyinin dövlət katibi Rajeş Kumar Sinqh məlumat verib. Buna baxmayaraq, komplekslərin sayı barədə məlumat verilməyi”.

Gununsesi.info bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Tacikistan və Türkmənistan böyük ehtimalla Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tam etibar etmədiklərinə görə, Hindistanın raket komplekslərinə üstünlük veriblər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Tacikistanda Rusiya hərbi bazası mövcud olsa, Düşənbə başqa ölkələrdən də hərbi texnika almaq məcburiyyətindədir. Tacikistanın Əfqanıstanla sərhədində gərginlik azalmır. Əfqanıstanda mövcud olan müxtəlif silahlı qruplar Talibana tabe deyillər və hər an sərhədi keçib hərbi toqquşmalara baş vura bilərlər. Təsadüfi deyil ki, Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 8-də Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə diqqəti təhlükəsizlik sahəsində əməkdaşlığa cəlb etdi. Emoməli Rəhmon oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısında da təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətli olduğu fikrini bir daha təkrarlayıb.

Rusiya adətən KTMT üzvlərinin başqa ölkələrdən hərbi texnika alışına narahat olur. Buna baxmayaraq, Kreml Mərkəzi Asiya ölkələrinin Türkiyə, Hindistan, Çin və Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığına mane ola bilməyəcək. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə görə Kremlin bölgədə mövqeləri zəifləyib. Digər tərəfdən müharibə Rusiya hərbi texnikasının keyfiyyətində mövcud qüsurları aşkarlayıb. Bu səbəbdən KTMT üzvləri fərqli ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə çalışırlar. Öz növbəsində Hindistan və Çin fürsətdən istifadə edərək Mərkəzi Asiya ilə hərbi-texniki əməkdaşlığı genişləndiriblər. Hindistan Ermənistan, Tacikistan və Türkmənistanla kifayətlənməyərək, daha çox dövlətə raket kompleksləri satmağa çalışacaq.

Bu arada, Çin də boş dayanmayıb. Pekin müxtəlif dövlətlərdə hərbi bazalarının sayını artırıb. Çin qonşuluqdakı Laos və Kambodca ilə kifayətlənməyərək, uzaq Cibutidə də hərbi baza yaradıb. Çinin Cibutidəki hərbi bazası uzaq məsafələrə uçan bombardmançı təyyarələri dəstəkləmək üçün kifayət etməsə də, logistika və kəşfiyyat imkanları baxımından faydalıdır. Pekin bu hərbi bazaların üçüncü dövlətlərə qarşı yönəldilməyini bəyan etsə də, Qərbdə buna inanan azdır. Çinin hərbi hava qüvvələri Hind okeanının şərqində fəaliyyət göstərən ABŞ qüvvələrinə təsirini artırıb”.

Elxan Şahinoğlu əlavə edib ki, Çin bununla öz ətrafında koalisiya formalaşdırmağa çalışır:

“İndoneziya, Malayziya və Tayland xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Çinlə 2+2 dialoq format qurulub. Pekin eyni formatı 2026-cı ildə Kamboca, Laos və Vyetnamla yaradıb. Pekin üçün tərəfdaşlarına silah satışı da əhəmiyyətlidir. İndoneziya Çindən qırıcı təyyarələrin çatdırılmasını gözləyir, Çin Banqkokun əsas təchizatçısı olaraq ABŞ-ı geridə qoyub.

Vaşinqton mövcud vəziyyətdən narahatdır. ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında dialoqa baxmayaraq, iki dövlət Asiya və Sakit Okean bölgəsində siyasi, iqtisadi və hərbi sahədə rəqibdirlər. Çin və ABŞ bu bölgədə ətraflarında koalisiyalar formalaşdırırlar”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Oktyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri