Hindistanda bir “iPhone”a görə bütün ailə məhv oldu VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın Maharaştra ştatında 18 yaşlı yerli sakin və onun valideynləri Qavada Donqar qayasının yaxınlığında daş karxanasına yıxılaraq həlak olublar.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat verir.
Məlumata görə, bir neçə saat ərzində qohumlar, digər şahidlər, polis və xilasedicilər gənci uçurumun kənarından uzaqlaşmağa çalışıblar. Lakin onların səyləri boşa çıxıb.
Gənc oğlan "iPhone" ilə bağlı ailə münaqişəsindən sonra qayaya gəlib və uçurum kənarında dayanıb. Əvvəlcə onu valideynləri və çox sayda yerli sakin dayandırmağa çalışıblar. Daha sonra hadisə yerinə polis və xilasedicilər gəliblər.
Onlar aşağıda təhlükəsizlik toru açıblar, lakin gənc oğlan uçurumun təhlükəli hissəsində hərəkət etməyə davam edib. Təxminən üç saatdan sonra, o, aşağı yıxılıb və parçalanıb. Atası oğluna kömək etməyə çalışıb, lakin tarazlığını itirərək, onun ardınca yıxılıb. Ailə üzvlərinin ardınca gəncin anası da yüksəklikdən yıxılıb.
Məlumata görə, ölənlər Djalna dairəsinin Dhanqar-Pimpalqaon kəndinin sakinləri olublar.
Cəsədlər dərin karxanadan çıxarılıb və məhkəmə-tibbi ekspertizasına göndərilib.
Polis hadisənin detallarını araşdırır. (oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Avqust 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















