Hindistanda dəhşət: qəza 13 nəfərin canını aldı
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistanın cənubunda Karnataka ştatında baş verən iki faciəvi yol qəzası nəticəsində 13 nəfər ölüb, 20-yə yaxın insan isə müxtəlif dərəcələrdə xəsarət alıb.
Bakıvaxtı.az bu barədə "Times of İndia"ya istinadla xəbər verir.
Belə ki, yerli polis bölmələrinin məlumatına görə, səhər saat 05:30 radələrində Karvar şəhərində bir yük maşını aşaraq 9 nəfərin ölümünə səbəb olub. Qəza nəticəsində 10 nəfər yaralanıb.
Məlumata görə, yaralıların hamısı tərəvəz məhsulları daşıyan satıcılar olub.
Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının daha da arta biləcəyi istisna edilmir.
Eyni gün Rayçur rayonunda da faciə baş verib. İçərisində 15 nəfər olan bir avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində, üçü tələbə olmaqla dörd nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 22 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















