Hindistanda qayıq aşıb 13 nəfər batıb
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın Bihar ştatında Qanq çayında qayıq aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qayığın aşması nəticəsində uşaqlar da daxil olmaqla ən azı 13 nəfər ölüb.
Qayıqda olan 20 nəfərin çayın qarşı sahilindəki bir kənddə şam yeməyi tədbirinə getdikləri məlum olub.
Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) qrupları axtarış və xilasetmə əməliyyatları aparmaq üçün əraziyə göndərilib.
Biharın Baş naziri Samrat Çudhari həyatını itirənlərin ailələrinə 400 min rupi (təxminən 7 min manat – İ.C.) məbləğində maliyyə yardımı göstəriləcəyini açıqlayıb.
“Baş verən qayıq qəzasında günahsız insanların həlak olması xəbəri son dərəcə ürəkağrıdıcıdır. Bu çətin anda həyatını itirənlərin kədərli ailələrinə başsağlığı verirəm”, - deyə ştat rəsmisi bildirib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Oktyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















