Icma.az
close
up
RU
Hindistanda müqəddəs peyin bayramı

Hindistanda müqəddəs peyin bayramı

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hindistanlılar üçün inək müqəddəs varlıqdır. 

Odur ki, bu ölkənin inəkləri məbədlərin ətrafında, şəhər küçələrində, parklarda, çimərliklərdə sürü ilə arxayın gəzib dolaşırlar.


Hindli inancında inəyin müqəddəs statusu ilə bağlı bir neçə izah var. Hinduizmdə inək insanların arzusunu yerinə yetirən müqəddəs Surabhinin simvoludur. Bu inanca görə bir hindli hörmət və sevgi ilə inəyə yalvararsa, onun arzuları yerinə yetər. Hinduizmdə inəklər həm də insanlarla tanrılar arasında vasitəçilik edirlər. Kim inəyi incidərsə, ac saxlayarsa, yaxud onu qapısından qovarsa, onu gələcəkdə böyük fəlakətlər gözləyir.

Hind mifologiyasında inəklər həm də ölən adamların ruhunu  başqa dünyaya daşıyır. Qədim mətnlərdə deyilir ki, insan öldükdən sonra ruhu inəyin quyruğundan yapışır və heyvan onu zaman çayından keçirərək layiq olduğu cənnətə, yaxud cəhənnəmə aparır. Beləliklə, inəklər təkcə bu dünyanın simvolu deyil, həm də axirətin mənəvi bələdçisi kimi tanınırlar.

Hindusizmin baş tanrılarından biri olan Şiva da inək kultu ilə əlaqəlidir. Şivanın müqəddəs öküzü Nandinin heykəlləri hinduist məbədlərin bəzəyidir. Mifologiyada Nandi tanrı Şivanın nəqliyyat vasitəsi kimi təsvir edilir. Vedalara görə digər baş tanrı Vişnu da inək saxlayır. Bu inam isə Vişnunun dünya və təbiətlə əlaqəsini simvollaşdırır.
Sən demə, inəyə sitayiş hind inanclarının ən abırlı tərəfi imiş! Bu inanclardan doğan xurafat inancın özündən də  ağlasığmaz imiş. Söhbət inək peyinin müqəddəs sayılmasından gedir. Vedalarda (sanskrit dilində yazılmış qədim hind mətnlərində) deyilir ki, inəyin təkcə özü deyil, həmçinin onun ifrazatı da yer üzündə ən təmiz, pak maddədir.

Hər bir “müqəddəs” hind inəyi gündə 25 kq-a qədər peyin istehsal edir. Hindlilər inanır ki, inək peyini xəstəlikləri sağaldır və ətraf aləmi sevgi və saflıq enerjisi ilə doldurur. İnanılmaz olsa da deyim ki, hindlilər inək peyinindən təmizləyici vasitələr də hazırlayırlar. Onlar peyin tərkibli diş pastası da istehsal edirlər! Bundan başqa, peyindən sabunlar, losyonlar, kremlər də hazırlanır.
Hindlilərin bu şıdırğı peyin sevgisi ölkədə peyin bayramının, peyin festivallarının da ortaya çıxmasına səbəb olub. 

“Qorehabba” adlanan xalq mərasimi necə deyərlər, inək peyini bayramıdır. İspaniyanın “La Tomatina” festivalında adamların biri-birinə pomidor atdığı kimi “Qorehabba” festivalında şənlənən hindlilər biri-birini “peyin atəşinə” tuturlar. Peyin bayramı iştirakçıları başdan-ayağa peyinə bataraq il boyu sağlam və firavan yaşayacaqlarına qətiyyətlə inanırlar. Təsəvvür edin, bir hindli ailəsi digər ailənin evinə bayramlaşmağa yox, “peyinləşmə”yə gedir. Peyinləşmə bayramı hər il keçirilir. 
Peyin festivalı Qamutapara  əyalətində xüsusi təntənə ilə  qeyd olunur. Bu da yerli əhalinin tanrısı “Bireşvara Svami”nin inək peyinindən yaranması ilə bağlı inanca əsaslanır. Qorehabba - peyin festivalı məbədlərə “material” toplanması ilə başlayır. Çiçəklərlə bəzədilmiş traktorlar və arabalar peyin kütlələrini yerli məbədlərə daşıyır. Öncə kahin çıxış edərək xeyir-dua verir, bundan sonra peyin qalaqları təmtəraqla ortalığa gətirilir. Kişilər paltarlarını soyunaraq  “peyin döyüşü”nə başlayırlar. Onlar biri-birini səxavətlə peyinə basır, peyin topalarını biri-birinə atırlar. Böyük peyin topları çox ağır olduğuna görə onları başlarının üstündə gəzdirirlər. Qadınlar isə festivalda tamaşaçı kimi iştirak edirlər.

Məsələnin maraqlı tərəfi ondadır ki, bu əcaib bayramın şöhrəti dünyada getdikcə artır. Belə ki,  əvvəllər kütləvi peyinləşməni seyr etməyə yalnız ətraf kəndlərin və rayonların sakinləri gəlirdisə, artıq bu həngaməyə tamaşa etmək üçün Qumatapura əyalətinə uzaq şəhərlərdən və xarici ölkələrdən də turistlər gəlməkdədir. Yəqin ki, ermənilər də tezliklə öz əcdadlarının müqəddəs peyin bayramını qeyd etməyə girişəcəklər. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Dekabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri