Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Hindistanda ölmücül virus yayılır: Azərbaycan üçün risk varmı?

Hindistanda ölmücül virus yayılır: Azərbaycan üçün risk varmı?

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanda ölümcül hesab edilən Nipah virusu yayılır.

Belə ki, Qərbi Benqal əyalətində peyvəndi və ya müalicəsi olmayan virusa beş yoluxma faktı qeydə alınıb. Yoluxanlar arasında həkimlər, tibb bacıları və digər səhiyyə işçilərinin olması vəziyyətin ciddiliyini daha da artırır.

Xəstələrdə yüksək hərarət və tənəffüs çatışmazlığı müşahidə olunub, yoluxan qadınlardan biri isə komaya düşüb. İlkin ehtimallara əsasən, o, laborator müayinələr aparılmadan öncə vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.

Bu kontekstdə, yaranmış vəziyyət fonunda Azərbaycanda mümkün epidemioloji risklərin necə qiymətləndirildiyi ətrafında suallar yaranır.

Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən professor, infeksionist Adil Qeybulla qeyd edib ki, ümumiyyətlə Nipah virusu zoonotik virus olmaqla yanaşı, eyni zamanda əsasən heyvanlarda mövcud olan infeksiyadır:

“Virus ilk dəfə heyvanlarda aşkar edilib və xüsusilə meyvə ilə qidalanan yarasalarda müəyyən olunub. Daha sonra donuzlarda qeydə alınıb və insana əsasən yarasalardan keçib. Yoluxma mexanizmi əsasən yarasaların ekskrementləri ilə çirklənmiş meyvələrin insanlar tərəfindən yuyulmadan istehlakı nəticəsində baş verir.

Bu baxımdan Hindistan kimi əhalinin sıx yaşadığı ölkələrdə gigiyenik qaydalara tam riayət olunmaması yoluxma riskini daha da artırır. İnsanlar yarasaların ekskrementləri ilə çirklənmiş meyvələri lazımi qaydada yuyub-təmizləmədən istifadə etdikdə virus insana transfer oluna bilir. Ümumiyyətlə, virusların heyvanlardan insana keçməsi əhalinin sürətlə artması, təbii mühitin daralması və insanın heyvanların yaşayış arealına müdaxiləsi ilə bağlıdır. Bu proses nəticəsində viruslar insan hüceyrəsini yeni həyat mühiti kimi seçir”.

İnfeksionistin sözlərinə görə, Nipah virusunun təhlükəliliyi yalnız yoluxma faktı ilə məhdudlaşmır:

“Xəstəlik həm respirator, həm də mərkəzi sinir sistemi əlamətləri ilə müşayiət olunur. İlkin mərhələdə boğaz ağrısı, yüksək hərarət, baş ağrısı, əzələ ağrıları kimi simptomlar meydana çıxır. Ardınca respirator əlamətlər və daha ağır halda ensefalit - yəni beyinin iltihabı və beyinin ödəmi inkişaf edir. Ölüm hallarının əsas səbəbi də məhz beyinin ödəmidir. Statistikaya görə xəstəliyin təxminən 45-70 faizi fatal, yəni ölümlə nəticələnir”.

A.Qeybulla onu da diqqətə çatdırıb ki, Nipah virusunun geniş arealda yayılması və pandemiya yaratması ehtimalı yüksək deyil:

“Ancaq yoluxma baş verdiyi halda xəstəlik son dərəcə təhlükəlidir. Hazırda Azərbaycanda bu virusla bağlı fakt qeydə alınmayıb. Buna baxmayaraq, sərhədlərdə və giriş-çıxış məntəqələrində epidemioloji nəzarət gücləndirilməlidir. Çünki qloballaşan dünyada insanlar turist və ya iş məqsədilə müxtəlif ölkələrə, o cümlədən Hindistana səfər edir və geri qayıdırlar.

Belə bir hal aşkarlanarsa, dərhal lokallaşdırıcı tədbirlər görülməli, yoluxmuş şəxsin təmasda olduğu insanlar müəyyən edilərək təcrid olunmalıdır. Xəstəliyin yayılmasının qarşısını almağın əsas yolu erkən aşkarlama və effektiv izolyasiyadır. Eyni zamanda əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirilməlidir”.

O eyni zamanda əlavə edib ki, hazırda ölkəmizdə influenza, respirator-sinsitial virus və koronavirus infeksiyaları hələ də dövriyyədədir:

“Bir çox insanlar bu xəstəlikləri ayaqüstü keçirir və bir-birini yoluxdurmaqda davam edir. Belə bir epidemioloji fon yeni virusların yayılması üçün əlavə risk yaradır. Məhz bu səbəbdən profilaktik tədbirlərə və ictimai maarifləndirməyə ciddi şəkildə önəm verilməlidir”,- deyə A.Qeybulla bildirib.

Qeyd edək ki, Nipah virusu hər il Cənubi və Cənub-Şərqi Asiyanın müxtəlif bölgələrində baş verir və bu da xeyli ölümlə nəticələnir. Belə ki, 1998-ci ildə aşkarlandığı vaxtdan bugünədək təxminən 1000 insan sözügedən virusa yoluxub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri