Hindistanda siklon həyatı iflic edib 63 min insan təxliyə edilib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Akvan siklonu Hindistanın şərqindəki Odişa ştatının altı rayonunda həyatı iflic edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbindən təxminən 63 min insan sığınacaqlara təxliyə edilib.
Odişa ştatı hökumətinin paylaşımında ştata təsir edən Akvan siklonunun Ganjam, Gajapati, Puri, Bhadrak, Malkangiri və Rayagada rayonlarında həyata mənfi təsir göstərdiyi qeyd edilib.
Bildirilib ki, bu ərazilərdə təxminən 63.000 insan, Ganjamda 36 398, Gajapatidə 16 863, Puridə 6 310, Bhadrakda 2 334 və Malkangiridə 910 nəfər təxliyə edilib. Rayagadada təxliyə edilən insanların dəqiq sayı paylaşılmayıb.
Sığınacaqlarda təmiz su, qida və əsas sağlamlıq ehtiyaclarının ödənildiyi və təxliyə işlərinin davam etdiyi bildirilib.
Digər tərəfdən, təcili xilasetmə qruplarının, səhiyyə işçilərinin və yanğınsöndürmə briqadalarının Akvan siklonundan mənfi təsirlənən ərazilərdə hazır vəziyyətə gətirildiyi əlavə edilib.
Həmçinin vurğulanıb ki, sürüşmə riski olan 941 kənd müəyyən edilib və təxliyə işləri davam etdirilir.
Hindistan Meteorologiya Departamenti (IMD) fırtınanın saatda 90-100 kilometr sürətlə hərəkət edəcəyini, küləyin sürətinin isə saatda 110 kilometrə çata biləcəyini bildirib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















