Hindistanda vitseprezidentin impiçmenti tələb edilib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hindistanın müxalifət partiyaları vitse-prezident Caqdip Dhankarı parlamentin yuxarı palatasının sədri vəzifəsində qərəzli olmaqda ittiham edərək onun impiçmenti təşəbbüsü ilə çıxış ediblər.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu, ölkə tarixində ilk belə addımdır.
Müxalifət partiyalarının onu vəzifədən uzaqlaşdırmaq üçün kifayət qədər səsi olmadığı üçün bu addım simvolik xarakter daşıyır. Lakin C.Dhankar hakim Bharatiya Janata Partiyasından namizəd seçildiyi üçün bu addımın müxalifətlə Baş nazir Narendra Modinin hökuməti arasında onsuz da gərgin olan münasibətləri daha da korlayacağı gözlənilir.
Hindistan konstitusiyasına əsasən, vitse-prezident ölkədə ikinci ən yüksək vəzifəni tutur və eyni zamanda parlamentin yuxarı palatasının sədridir. Prezident vəzifəsində müvəqqəti vakansiya yarandığı təqdirdə o, dövlət başçısı vəzifəsini icra edir.
Baxış sayı:199
Bu xəbər 10 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















