Icma.az
close
up
RU
Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədə aldım”

Hindistandakı mundialda çıxış edən azərbaycanlı marafonçu: “Motosiklet fikrimi yayındırdı və çuxura düşüb zədə aldım”

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədə aldım.

Bunu “Report”a açıqlamasında Hindistanda 100 km məsafəyə qaçış üzrə keçirilən dünya çempionatında 44-cü olan azərbaycanlı marafonçu Elmir Əskərov deyib.

O, daha yüksək yer tuta bilməməsini yarışda aldığı zədə ilə əlaqələndirib:

“Hindistandakı yarışa yaxşı hazırlaşmışdım. Biz dəniz səviyyəsindən 27 metr aşağıdayıq. Ancaq oradakı yarış dəniz səviyyəsindən 100 metr yüksəkdə keçirilirdi. Uyğunlaşmaq məqsədilə iki gün öncədən getmişdim. Həm də açığı, eniş və yoxuşların çox olacağını gözləmirdim. Çünki adətən 100 kilometrlik yarşlar düz sahələrdə keçirilir. Hindistanlılar isə fərqli qərar vermişdilər. Hər 5 kilometrdən bir 27 metr yüksəliş olurdu. Bu da uzun məsafələr üçün çoxdur. Yollar da kələ-kötür idi. Xeyli çuxurlar var idi. Diqqətin yayınan kimi çuxura düşüb zədə alırsan. Mən 35-ci kilometrdə zədələndim. Əslində həmin vaxt yolu bağlamışdılar, motosikletlər girməməli idi. Lakin təşkilatçılar yarışı idarə edə bilmirdilər. Yola girən motosiklet fikrimi yayındırdı və nəticədə çuxura düşüb zədə aldım. 35-ci kilometrə qədər tempim təqribən 4,15 dəqiqə idi. Belə davam etsəydim, məsafəni təxminən 27,15 dəqiqəyə qət edəcəkdim ki, nəticədə ilk “20-lik” və ya “15-liy”ə düşəcəkdim. Tempim düşdüyü üçün fəxri kürsüdə yer almaq qismət olmadı. Ən azı 10-cu və ya 15-ci yerlərdən birini tutacağımı gözləyirdim”.

İdmançı növbəti il 24 saatlıq marafonda iştirak edəcəyini bildirib:

“Bu yarış bir ildən bir keçirilir. Növbəti il 24 saatlıq yarışda iştirak edəcəyəm. Bu ilin mayında 48 saatlıq qaçış üzrə dünya ikincisi olmuşam. Hindistanda 100 kilometr məsafəyə qaçdım. Əslində bu mənim məsafəm deyil. Sürətim yüksək deyil, ancaq dözümlülüyüm yaxşıdır. Ona görə də daha uzun məsafəyə qaçıram. 220, 327 kilometr məsafələrə qaçmışam. Hətta Vətən müharibəsindən sonra şəhidlərin xatirəsinə həsr olunan 44 günlük yarışda 3000 kilometr məsafəyə yürüşdə iştirak etmişəm”.

Marafonçu Azərbaycan rekordunu yenilədiyini söyləyib:

“Azərbaycan rekordunu yeniləyəcəyimi bilirdim. Rekord 8 saat 30 dəqiqə idi. Ötən il atletlərimizdən biri 100 km məsafəni məhz bu müddətə qət etmişdi. Sadəcə, yarışın sertifikatı olmadığına görə rəsmi deyildi. Hindistandakı yarış isə rəsmi dünya çempionatı idi və mən 8 saat 17 dəqiqə ilə rekordu yenilədim. Rekordun rəsmən qeydə alınması üçün Azərbaycan Atletika Federasiyasına müraciət edəcəyəm. Ümumiyyətlə, hazırda ölkədə həm 24, həm də 48 saatlıq qaçış üzrə rekordlar mənə məxsusdur. Lakin Azərbaycanda rəsmi olaraq 24 saatlıq qaçış keçirilməyib deyə rekord qeydə alına bilməz”.

E.Əskərov hazırda müalicə aldığını vurğulayıb:

“Hazırda axsaya-axsaya gəzirəm. Düşünürəm ki, müalicə 10 günə yekunlaşacaq. Daha sonra məşqlərə davam edəcəyəm”.

Qeyd edək ki, Elmir Əskərov Hindistanın Benqaluru şəhərində 100 km məsafəyə qaçış üzrə dünya çempionatında 8 saat 17 dəqiqə nəticə ilə kişilər arasında 44-cü yeri tutub.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://report.az
archiveBu xəbər 11 Dekabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri