Hindistandan Pakistana növbəti hücum: 15 i uşaq olmaqla 40 nəfər öldü
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistan ordusu Hindistanın başlatdığı "Sindoor əməliyyatı"nda 15-i uşaq olmaqla 40 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, açıqlamada hücum nəticəsində 15-i uşaq, 7-si qadın olmaqla 40 mülki şəxsin həyatını itirdiyi, 121 mülki vətəndaşın isə yaralandığı bildirilib.
“Sindoor əməliyyatı” nəticəsində 11 hərbçinin öldürüldüyü, 78 nəfərin isə yaralandığı bildirilir. O da qeyd edilir ki, Pakistanın suverenliyinə və ya ərazi bütövlüyünə meydan oxumağa yönələn hər cür cəhdə çevik, hərtərəfli və qətiyyətli cavab veriləcək” deyilir. ifadəsindən istifadə edilmişdir.
Xatırladaq ki, aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma baş verib.
İki ölkə ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edib.
Hindistanın Baş naziri Narendra Modi dünən Pakistana qarşı "Sindoor əməliyyatı"nı dayandırdıqlarını bildirərək, lazım bildikləri təqdirdə davam etdirə biləcəklərini bildirmişdi.
Səid.
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















