Icma.az
close
up
RU
Hindistanın Azərbaycana qarşı qərəzli siyasəti: Yeni Dehli nə istəyir?

Hindistanın Azərbaycana qarşı qərəzli siyasəti: Yeni Dehli nə istəyir?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Məlumdur ki, bir neçə gün öncə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyü bloklanıb. Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması isə təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə iştirak edib.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval Azərbaycanın ŞƏT-ə üzvlüyünün guya "vaxt məhdudiyyəti səbəbindən" qəbul olunmadığını iddia edib. Hindistan XİN-in bu açıqlaması isə birmənalı qarşılanmayıb.

Onu da qeyd edək ki, indiyədək Azərbaycan çoxtərəfli diplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT Baş Assambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb və bu prinsipi pozmayıb. Hindistan isə Rusiya ilə əlbir olaraq ölkəmizə qarşı yanlış addım atır.

Hindistanın ölkəmizə qarşı bu cür qərəzli siyasətinin səbəbi nədir? Azərbaycanın ŞƏT-ə üzv olması Hindistan və Rusiya üçün hansı əngəllər törədə bilər?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Hindistanın ölkəmizə qarşı atdığı addımın iki səbəbi var.

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycan Pakistanı dəstəklədiyinə və Pakistanla yaxın mütəffiq olduğuna görə Yeni Dehli ölkəmizdən heyf çıxmaq istəyirdi:

"Ona görə də məhz bu cür addım atıb və beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir. Paralel olaraq, Hindistan Azərbaycana qarşı Ermənistanı silahlandırır. Bu gün Ermənistana böyük həcmdə verilən silahlar əsasən hücum silahlarıdır. Hindistanın Ermənistana güclü silahlar verməsi Azərbaycana qarşı istifadə olunması üçündür. Həmçinin Hindistan açıq şəkildə ölkəmizə düşmən mövqeyi sərgilədiyini göstərir”.

Müsahibimiz hesab edir ki, ikinci səbəb isə Hindistanda hakimiyyətdə olan baş nazir Narendra Modinin anti-İslam və antitürk mövqeyidir. O, İslama və türklərə nifrət edir:

“Modi hələ hakmiyyətə gəlmədən öncə müsəlmanlara, xüsusən də türklərə qarşı nifrət püskürürdü".

Zeynal Əmrəliyev: Modinin yanaşması ilə Hindistan Cənubi Qafqazı itirir

Z.Əmrəliyev qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək hazırda önə çıxan türk dövləti olduğuna və prinsipial siyasəti ilə dünyaya öz sözünü dediyi üçün Hindistanın diqqətini cəlb edib. Bu baxımdan ölkəmizə qarşı kəskin mövqe sərgiləməyə davam edir.

"Modinin hakmiyyətdə olduğu müddət ərzində Azərbaycan-Hindistan əlaqələri soyuq olacaq. Hələ gənc yaşlarından müsəlmanlara və türklərə nifrət edən bir şəxsin Hindistan kimi böyük mədəniyyətə malik olan, dünya siyasətində öz mövqeyi olan bir dövlətin başında olması təəssüf doğurur. Modi bu yanaşma ilə Cənubi Qafqazı itirir", - deyə Zeynal Əmrəliyev vurğulayıb.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri