Hindistanın baş naziri Trampa nəyi söz verib? AÇIQLAMA
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanın baş naziri Narendra Modi Rusiya neftinin alınmasını dayandıracağına söz verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlayıb.
"O, bu gün məni Rusiyadan neft almayacaqlarına inandırdı. Bu, böyük addımdır. İndi mən Çini də eyni şeyi etməyə inandıracağam", - Tramp deyib.
ABŞ prezidentinin sözlərinə görə, alışların dayandırılması bir gecədə baş verməyəcək: bu, tezliklə başa çatacaq prosesdir.
Tramp əlavə edib ki, Hindistanın Rusiya nefti alması Moskvaya müharibəni davam etdirməyə imkan verir, onun sözlərinə görə, Rusiya artıq 1,5 milyon insanı müharibədə itirib.
Məhz Rusiya neftinin alışına görə Ağ Ev Hindistana tarifləri qaldırıb. Yeni Dehli daha əvvəl bəyan etmişdi ki, ABŞ-nin Rusiyadan neft alışının dayandırılması tələbini ədalətli hesab etmir.
Ağarza Elçinoğlu


