Hindistanın qırıcısı qəzaya uğradı, pilot öldü
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Yaquar” qırıcı təyyarəsi Qucarat ştatının qərbində kənd ərazisinə düşüb.
Axar.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin yaydığı məlumatda deyilir.
“Camnaqar aerodromundan havaya qalxan iki nəfərlik “Yaquar” gecə uçuşu zamanı qəzaya uğrayıb. Pilotlar texniki nasazlıqla üzləşib, aerodroma və yerli sakinlərə heç bir ziyan vurmadan katapult edib. Təəssüf ki, pilotlardan biri aldığı xəsarətlərdən dünyasını dəyişib, digərinin müalicəsi isə xəstəxanada davam edir”, - qeyd olunur.
Bildirilir ki, hadisə təlim uçuşu zamanı baş verib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Hindistanın MiQ29 qırıcısı qəzaya uğradı VİDEO
04 Noyabr 2024 18:08
Avstraliyada təyyarə qəzaya uğradı: Pilot öldü
30 Dekabr 2024 15:53
Polşada helikopter qəzaya uğradı: pilot öldü
04 İyun 2026 13:02
ABŞ qırıcısı qəzaya uğradı
14 İyun 2026 11:24
Hindistanın keçmiş Baş naziri öldü
27 Dekabr 2024 10:11
Baxış sayı:156
Bu xəbər 03 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















