Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Dünyanın tanıdığı güc

Dünyanın tanıdığı güc

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qalib ordumuz yeni yüksəliş mərhələsinə qədəm qoyub, ölkəmiz silah ixracatçısına çevirilib

Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin hərbi qüdrətini, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və müasir müharibənin tələblərinə uyğun hazırlığını bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər, eyni zamanda, ölkəmizin hərbi quruculuq sahəsində əldə etdiyi nəticələrin təsdiqi idi. Azərbaycanın qarşısında duran vəzifə yalnız qazanılmış Zəfəri qorumaqdan ibarət deyildi. Müasir dövrdə hərbi üstünlüyün saxlanılması, döyüş təcrübəsinin yeni nəsil texnologiyalarla zənginləşdirilməsi, ordunun strukturunun təkmilləşdirilməsi və müdafiə sənayesinin inkişafı əhəmiyyət daşıyır. Bu baxımdan, müharibədən sonra ordu quruculuğunun dayandırılmaması, əksinə, yeni mərhələyə qədəm qoyması xüsusi diqqət çəkir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması, müasir silah və texnika ilə təchizatı, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Əslində, 44 günlük müharibənin təcrübəsi göstərdi ki, müasir döyüş meydanında üstünlük yalnız say çoxluğu və silahların miqdarı ilə müəyyənləşmir. Kəşfiyyat, dəqiq zərbələr, pilotsuz uçuş aparatları (PUA), elektron mübarizə vasitələri, çevik idarəetmə və peşəkar şəxsi heyət ümumi hərbi nəticəyə birbaşa təsir göstərir. Müharibədən sonrakı hərbi strategiyada məhz bu amillərin nəzərə alınması ölkəmizin müdafiə potensialının keyfiyyətcə yenilənməsinə zəmin yaradıb.

Qələbədən sonrakı təkmilləşmə mərhələsi

Son 6 ildə Azərbaycan Ordusunda aparılan islahatların əsas istiqamətlərindən biri Silahlı Qüvvələrin strukturunun müasir döyüş reallıqlarına uyğunlaşdırılması oldu. Döyüşlərdə qazanılmış təcrübə, xüsusilə PUA-ların, yüksək dəqiqlikli silahların, kəşfiyyat və rabitə sistemlərinin əhəmiyyəti hərbi hazırlıq və təchizat məsələlərinə yeni yanaşmanı zəruri edirdi. Ordunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə və müasir döyüş üsullarının mənimsənilməsi diqqət mərkəzində saxlanıldı. Müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə təlimlər peşəkarlığın artırılmasına, bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə xidmət etdi.

Digər mühüm məsələ hərbi-texniki təchizatın şaxələndirilməsi idi. Ölkəmiz bir tərəfdən müasir silah və texnika əldə etməklə ordunun imkanlarını genişləndirir, digər tərəfdən yerli müdafiə sənayesinin istehsal gücünü artırırdı. Bu, xarici təchizatçılardan asılılığın müəyyən istiqamətlər üzrə azaldılması və milli müdafiə sənayesinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. Hərbi islahatların miqyası ölkə rəhbərliyinin əldə olunan Qələbəni ordunun inkişafı üçün son nöqtə deyil, yeni mərhələnin başlanğıcı hesab etdiyini göstərir. 

Yeni zərbə gücü: Komando qüvvələri

Müharibədən sonrakı ordu quruculuğunun diqqətçəkən yeniliklərindən biri komando qüvvələrinin yaradılmasıdır. Orduda yeni tipli bu hərbi bölmələrin formalaşdırılması müasir döyüş əməliyyatlarının tələblərinə uyğunlaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində komando briqadasının ilk hərbi hissəsinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin iştirak etdiyi mərasim ordunun yenilənməsi istiqamətində atılan addımların əhəmiyyətini nümayiş etdirdi. Komando qüvvələrinin əsas üstünlüyü onların yüksək fiziki və taktiki hazırlığı, mürəkkəb relyef şəraitində hərəkət, çevik qərarlar qəbul etmək və müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətidir. Bu bölmələr dağlıq ərazilərdə, çətin keçidlərdə və digər mürəkkəb şəraitdə əməliyyat aparmaq üçün xüsusi hazırlıq keçirlər. Onların fəaliyyətində fərdi döyüş hazırlığı ilə yanaşı, qrup şəklində hərəkət, koordinasiya, kəşfiyyat və sürətli manevr imkanları da mühüm yer tutur.

Komando bölmələrinin yaradılması təsadüfi deyildi. Ordumuz Vətən müharibəsi zamanı mürəkkəb dağlıq ərazilərdə, xüsusilə Şuşa istiqamətində həyata keçirdiyi əməliyyatlarla yüksək peşəkarlıq nümayiş etdirmişdi. Bu döyüş təcrübəsi xüsusi hazırlıqlı, çevik və müxtəlif şəraitdə fəaliyyət göstərə bilən hərbi hissələrin əhəmiyyətini bir daha təsdiqlədi. Yeni komando qüvvələrinin formalaşdırılması həmin təcrübənin sistemli şəkildə inkişaf etdirilməsi baxımından da əhəmiyyətlidir. Xüsusi təyinatlı və komando hazırlığı sahəsində Türkiyə ilə təcrübə mübadiləsi bu prosesə əlavə imkanlar qazandırdı. Beləliklə, Azərbaycan Ordusunun strukturunda yeni hərbi imkanlar formalaşdı. 

Azərbaycan silah ixracatçısına necə çevrildi

Vətən müharibəsindən sonra əldə etdiyimiz nailiyyətlərin digər mühüm istiqaməti müdafiə sənayesinin inkişafıdır. Bu sahədə həyata keçirilən siyasətin məqsədi yalnız Silahlı Qüvvələri yerli istehsal hesabına təchiz etmək deyil, eyni zamanda, rəqabətqabiliyyətli hərbi məhsullar hazırlamaq və xarici bazarlara çıxarmaqdır. Əslində, müdafiə sənayemizin inkişafı Vətən müharibəsindən xeyli əvvəl başlamışdı. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması milli müdafiə sənayesinin formalaşması və inkişafı istiqamətində mühüm hadisə idi. Sonrakı illərdə ölkəmizdə müxtəlif hərbi təyinatlı məhsulların istehsalı təşkil edildi, yeni müəssisələr yaradıldı, xarici şirkətlərlə əməkdaşlıq genişləndirildi. Müasir döyüş meydanında istifadə olunan texnologiyaların sürətlə dəyişməsi Azərbaycanda istehsal imkanlarının genişləndirilməsini, yeni məhsulların hazırlanmasını və mövcud istehsalın təkmilləşdirilməsini zəruri edirdi.

Müxtəlif müdafiə sərgilərində nümayiş etdirilən məhsullar ölkənin bu sahədə artan imkanlarını göstərir. Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən “ADEX” müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır. Sərgi xarici şirkətlərlə əlaqələrin qurulması və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi üçün də mühüm platformaya çevrilib. 

Əsas vəzifə: hərbi qüdrəti artırmaq

Bütün bunlar göstərir ki, Azərbaycanın Vətən müharibəsindən sonra həyata keçirdiyi ordu islahatları ayrı-ayrı tədbirlərin məcmusu deyil, vahid məqsədə xidmət edən bir neçə istiqamətdir. Bunlar: ordunun strukturunun yenilənməsi, komando qüvvələrinin yaradılması, müasir silah və texnologiyaların mənimsənilməsi, yerli müdafiə sənayesinin gücləndirilməsi və hərbi məhsulların ixrac imkanlarının genişləndirilməsidir. Ölkəmizin təcrübəsi onu da göstərir ki, müharibədə qazanılan üstünlük yalnız döyüş meydanındakı nəticələrlə ölçülmür. Həmin üstünlüyü qorumaq, yeni təhlükəsizlik çağırışlarına hazır olmaq və gələcəkdə ordunun imkanlarını daha da genişləndirmək də strateji əhəmiyyət daşıyır.

Azərbaycan artıq hərbi sahədə yalnız öz təhlükəsizliyini təmin etmək barədə düşünən dövlət deyil. O, eyni zamanda, müasir hərbi texnologiyaları mənimsəyən, müdafiə məhsulları istehsal edən və beynəlxalq bazarlarda özünə yer axtaran ölkə kimi çıxış edir. Zəfərdən sonra davam edən ordu quruculuğunun əsas mahiyyəti də məhz budur: qazanılmış tarixi nailiyyəti davamlı hərbi gücə və milli inkişaf imkanına çevirmək!

Səxavət HƏMİD

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri