Icma.az
close
up
RU
Qatarla Gürcüstana gedənlərə şad xəbər: əlavə ödəniş tələb olunmur

Qatarla Gürcüstana gedənlərə şad xəbər: əlavə ödəniş tələb olunmur

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Tbilisi qatar reyslərinin bərpasından sonra Gürcüstana quru yolla səyahət imkanları yenidən genişlənib. Bu isə həm turistlərin, həm də turizm şirkətlərinin diqqətini çəkən mövzulardan birinə çevrilib.

Bəs hazırda turizm şirkətləri tərəfindən Bakı-Tbilisi-Bakı qatarı ilə Gürcüstana xüsusi turlar təşkil olunurmu? Ümumiyyətlə, azərbaycanlı turistlərin qatarla səyahətə marağı hansı səviyyədədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizm eksperti Ceyhun Aşurov bildirdi ki, iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən may ayının sonunda Bakı-Tbilisi qatarının fəaliyyətə başlaması, eyni zamanda Bakı-Tbilisi-Qars marşrutu vasitəsilə Türkiyəyə keçid imkanlarının yaranması çox müsbət və turizm baxımından sevindirici hadisədir:

"Çünki insanların, xüsusilə də turistlərin ölkəmizə giriş-çıxışları əsasən hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Hava nəqliyyatı isə qiymət baxımından kifayət qədər bahadır və bu amil birbaşa insanların turizm və səyahət qərarlarına təsir göstərir. Bu baxımdan belə imkanların yaradılması, sərnişin qatarlarının fəaliyyətə başlaması ölkələr arasında turizmin inkişafına ciddi dəstək verə bilər. Düzdür, yeni fəaliyyətə başlayan sərnişin qatarlarında müəyyən məhdudiyyətlər də tətbiq olunur. Yaxşı olardı ki, bu barədə sərnişinlərin də fikirləri öyrənilsin. Müştərilərin daha çox diqqət çəkdiyi məsələlərdən biri əl yükü ilə bağlı tələblərdir. Bildirilir ki, əl baqajları üçün müəyyən edilmiş ölçülər azacıq keçildiyi hallarda belə sərnişinlərin yükləri əlavə yoxlamaya cəlb olunur və ya başqa prosedurlar tətbiq edilir. Bu isə təbii olaraq sərnişinlərdə narahatlıq və narazılıq yaradır. Yaxşı olardı ki, bu məsələdə daha çevik və elastik yanaşma tətbiq edilsin. Müəyyən qaydalar sərnişinlərin rahatlığı nəzərə alınmaqla təkmilləşdirilsə, xidmət keyfiyyəti də yüksələr".

Onun sözlərinə görə, hazırda müşahidə olunan digər çatışmazlıqlardan biri də bilet satış sistemi ilə bağlıdır:

"Müştərilərin qeyd etdiyi əsas məsələlərdən biri odur ki, məsələn, iyun ayında bilet almaq istəyən şəxs sistemdə yalnız həmin ay üzrə mövcud yerləri görə bilir. Bir, iki və ya üç ay sonrakı tarixlər üçün bilet almaq isə mümkün olmur, çünki həmin tarixlər sistemdə açılmır. Dəmir yolları idarəsi bu məsələləri təkmilləşdirsə və sistemi sərnişinlər üçün daha əlverişli hala gətirsə, bu, xidmətin keyfiyyətinə müsbət təsir göstərə bilər. Qiymətlər əvvəlki illərlə müqayisədə müəyyən qədər artsa da, təyyarə biletləri ilə müqayisədə yenə də daha əlverişli hesab olunur. Buna görə də müəyyən qaydaların yumşaldılması və xidmətlərin daha rahat şəkildə təşkil edilməsi insanların məmnunluğunu artırar. Hesab edirəm ki, belə addımlar həm ölkə vətəndaşlarını sevindirər, həm də Azərbaycana gələn və buradan səfər edən turistlərin səyahət qərarlarına müsbət təsir göstərər və regionda turizm əlaqələrinin daha da genişlənməsinə töhfə verər".

Ekspertin fikirlərinə cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Redaktor.az-a bildirdi ki, Bakı–Tbilisi–Bakı qatarı ilə səyahət edən hər bir sərnişindən kiçik əl yükü üçün ödəniş tələb olunmur:

"Bundan başqa, hər bir sənişin komfort və komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan, lüks sinifdə isə 30 kq-dan çox olmayan 1 ədəd baqajı ödənişsiz apara bilər. Daşınmasına icazə verilən əşyalara qatlanan uşaq arabası (üç ölçünün cəmi 180 sm-dən çox olmayan) da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını açıq vəziyyətdə də daşıya bilərlər. Bu normalar qatarın konstruktiv quruluşu və baqajlar üçün ayrılan yerlərin ölçüsünə görə müəyyənləşdirilib".

Şöbə müdiri həmçinin qeyd etdi ki, "Azərbaycan Dəmir Yolları"nda 2024-cü ilin noyabr ayından dinamik qiymət siyasəti tətbiq edilir:

"Bu qiymət siyasətinə əsasən, bilet satış sistemi 1 aylıq dövr üçün aktiv olur, qiymətlər tələbdən asılı olaraq dəyişir, səfərə 25-30 gün qalmış sərnişinlər endirimdən yararlana bilirlər".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri