Icma.az
close
up
RU
“Hindistanla ABŞ arasında gərginlik yaradan məqamlar var”

“Hindistanla ABŞ arasında gərginlik yaradan məqamlar var”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə növbəti qonağı Hindistanın baş naziri Narendra Modi olub. Bundan əvvəl Ağ Evdə İsrailin və Yaponiyanın baş nazirləri qəbul edilmişdi. Əgər İsrailin baş naziri Benyamin Netanyahu Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmişdisə, Yaponiyanın baş naziri Siqeru İsiba Ağ Evdə iqtisadi əlaqələrlə bağlı fikir mübadiləsi apardı. Məlumdur ki, Tramp ilk gündən müxtəlif dövlətlərin məhsullarına qarşı rüsumları artırmağa başlayıb. Yaponiyanın baş naziri Trampa müxtəlif vədlər verməklə, ölkəsini ABŞ rüsumlarından qorumuş oldu.

Hindistan da ABŞ-la ticarətdə qeyri-müəyyənlik istəmir. “Reuters” agentliyinin məlumatına görə, Hindistan hökuməti ABŞ məhsullarına tətbiq etdiyi rüsumları aşağı salmağı planlaşdırır…

İki ölkə arasında ticarət mübadiləsinin həcmi 120 milyard dollara yaxınlaşıb. Ağ Evin sahibi dəyişsə də, ABŞ əvvəlkitək bölgədə Çinlə mübarizədə Hindistanla strateji tərəfdaşlığa əhəmiyyət verir. Donald Trampdan əvvəl Co Bayden də eyni siyasəti həyata keçirirdi. Tramp bu kursu davam etdirəcək.

Buna baxmayaraq, iki ölkə arasında gərginlik yaradan məqamlar var. Donald Trampın miqrantlara qarşı mübarizəsi çərçivəsində ABŞ-dakı hindlilər də ölkələrinə göndərilib. 104 hindli artıq Hindistana çatdırılıb, 487 nəfəri də eyni tale gözləyir. Ümumilikdə 16 il ərzində ABŞ-dan Hindistana 15 min hindli deportasiya edilib. Deportasiya edilən hindlilərin sayı çox olmadığına görə Dehli bununla bağlı Vaşinqtonla sərt polemika aparmaq istəmir. Tramp Hindistana qarşı rüsumların artırılması barədə açıqlama verməsə də, bu ölkə ilə idxal-ixrac əməliyyatlarını balanslaşdırmağa çalışacaq.

Narendra Modiyə daha çox hərbi və texnoloji sahədə əməkdaşlıq mövzuları maraqlıdır. Çinlə mübarizədə Hindistanın ABŞ-ın dəstəyinə ehtiyacı var. Doğrudur, son vaxtlar Dehli ilə Pekin arasında xüsusi gərginlik yoxdur, ancaq Hindistan Çinin bölgədə artan gücündən narahatdır.

Tramp birinci prezidentliyi dövründə Modi ilə iki dəfə görüşüb. Modi 2017-ci ildə ABŞ-a, Tramp isə 2020-ci ildə Hindistana səfər edib. Bundan başqa məhz Trampın birinci prezidentliyi dövründə iki dövlət QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) təşkilatını gücləndiriblər. ABŞ və Hindistan QUAD çərçivəsində hərbi əməkdaşlığı həyata keçirirlər. Bu çərçivədə bölgədə birgə hərbi təlimlər də keçirilir. Hindistan hər il ABŞ-dan milyardlarla dollar həcmində hərbi texnika alır. Hindistan son zamanlar pilotsuz uçuş aparatlarının alışına üstünlük verir.

“Atlas” Araşdırmalar Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri