Hindistanlı nazirdən “BRİCS” ölkələrini təhdid edən Trampa REAKSİYA: “Başa düşmürəm..”
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“”BRİCS” ölkələri assosiasiya daxilində maliyyə əməliyyatlarını müzakirə edir, lakin hazırda vahid valyuta yaratmaq təklifi yoxdur”.
Sfera.az bildirir ki, bunu XXII Doha Forumunda çıxışı zamanı Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
O, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın son çıxışısına reaksiya verib. Cayşankar qeyd edib ki, Trampın vahid valyuta ilə bağlı sözlərinin səbəbləri ona tam aydın deyil. “Hindistan heç vaxt de-dollarizasiyanın tərəfdarı olmayıb. İndi “BRICS” valyutasının yaradılması təklifi yoxdur, buna görə də Trampın bəyanatının nəyə əsaslandığını başa düşmürəm”, deyə nazir bildirib.
Cayşankar fikirlərini bu cür davam etdirib: “ABŞ bizim ən böyük ticarət tərəfdaşımızdır və biz dolların zəifləməsində qətiyyən maraqlı deyilik”.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp “BRİCS” ölkələrinin yeni valyuta yaradacağı və ya dollardan imtina edəcəyi təqdirdə mallarına 100% ticarət tarifləri tətbiq edəcəyini bildirmişdi. Onun sözlərinə görə, beynəlxalq ticarət üçün dolları əvəz etməyə çalışan istənilən ölkə Amerika ilə vidalaşacaq.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 07 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















